» » Bərdədə gənc özünü yandırdı

Bərdədə gənc özünü yandırdı

Bərdədə gənc özünü yandırdı

Bərdə rayonunda 25 yaşlı gənc özünü yandıraraq, intihar edib.

Djb.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndi ərazisində baş verib.

Belə ki, həmin kənddə məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Canəli Sultanalı oğlu Məmmədov üzərinə benzin tökərək, özünü yandırıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İntihar edən C.Məmmədovun ruhi xəstə olduğu bildirilir.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirlib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930