» » Suraxanıda qadın tanışı tərəfindən bıçaqlandı

Suraxanıda qadın tanışı tərəfindən bıçaqlandı

Suraxanıda qadın tanışı tərəfindən bıçaqlandı

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Djb.az Report-a istinadla xəbər verir ki, ağır vəziyyətdə olan yaralı gecə saatlarında təcili yardım maşını vasitəsilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub.

Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan 51 yaşlı Reyhan Əbülfət qızı Məmmədova dərhal əməliyyat olunub.

Zərərçəkmiş qarın nahiyəsinə ehtiyatsızlıqdan bıçaq batdığını desə də, müayinə zamanı onun bıçaqlandığı məlum olub.

R.Məmmədovanın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ailə münaqişəsi zəminində, tanışı tərəfindən bıçaqlandığı müəyyənləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsində araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728