» » Sumqayıtda 22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb

Sumqayıtda 22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb

  • 17-09-2017, 09:44
  • hadise
  • 117
Sumqayıtda 22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb

22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb.

Djb.az Xezerxeber.az-a istinadən məlumat verir ki, Sumqayıt şəhər sakini Xanım Aslanova 8 aylıq körpəsi ilə birlikdə sentyabrın 4-də ər evindən ata evinə qayıdıb. Elə həmin gündən də yoxa çıxıb.

Xanım Aslanova 4 ildir ki, ailəlidir. Evlilikdən bir qız və bir oğlan övladı var. Valideynləri qızlarının tezliklə geri qayıdacaqlarına inandıqlarını deyirlər.

Məsələ ilə bağlı itkin qadının həyat yoldaşı Tural Aslanovla telefon əlaqəsi saxladıq. O bildirdi ki, həyat yoldaşı ilə aralarında heç bir problem olmayıb. Həmişəki kimi normal qaydada atası evinə gedib və oradan da yoxa çıxıb. Özü də hər kəs kimi elə o vaxtdan axtarışdadır.

22 yaşlı Xanım Aslanovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930