Главная > Gundem > Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət yenidən gərginləşib - RƏSMİ

Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət yenidən gərginləşib - RƏSMİ


13-07-2020, 01:01. Разместил: djbaz

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.
Вернуться назад