Главная > Gundem > Vüsal Qasimli sosial media hesabında şəhid dostundan yazdı

Vüsal Qasimli sosial media hesabında şəhid dostundan yazdı


11-07-2020, 19:32. Разместил: djbaz

Şəhid dostumuz - Bəhmən Abuzərovun 27 il əvvəl əsgərlər qarşısında çıxışı... Bu kadrı ilk dəfə gördüm, sanki Bəhmənlə - ən yaxın dostumla 27 il sonra görüşdüm. Bəhmən - savadlı pedaqoq, şair, alicənab dost, ən əsası BÖYÜK İNSAN idi. Cəbhəyə necə həvəslə və şövqlə getdiyi indiki kimi yadımdadır. Xatirimdədi ki, özündən 11 yaş kiçik yeniyetmə ilə - mənimlə də məsləhətləşdi. Onunla son söhbətim - mənə həyatda verilən ən böyük dəsrlərdən biri idi. Vətəni sevmək dərsi...
Bəhməndən nişanə qalmadı... Ürəyində apardı sevgisini, Vətənə qurban etdi gənc həyatını, gələcək xoşbəxt ailəsini də, doğulacaq övladlarını, nəvələrini də... Yaşasaydı... Amma Bəhmən yaşayır, videodakı şeirdə dediyi kimi, "qələbə günü qayıdacaq!" Mütləq!
Bəhmən 29 yaşında - 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. O, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad olunması üçün keçirilən Horadiz əməliyyatında iştirak etmişdir.
Bəhmən şeirində deyir ki, "Allahı çağırıb, düşmüşük yola...". Bəhmən istədiyinə qovuşdu - şəhidlik zirvəsinə ucaldı. İnanıram ki, Allahı çağırıb çıxdığımız yol, zəfərlə başa çatacaq, Bəhmən!
Allah rəhmət eləsin, qardaş!
P.S. Videonu paylaşan insanlara təşəkkür edirəm!

Вернуться назад