Главная > Gundem > Şərəfli peşə sahibi prezident təqaüdünə layiq görülüb

Şərəfli peşə sahibi prezident təqaüdünə layiq görülüb


10-07-2020, 16:21. Разместил: djbaz

Bu gun aldığım xəbər məni çox sevindirdi...
Çox sevdiyim dostum, rəfiqəm , gözəl həkim və yazar Məlahət Hümmətqızı Prezident təqaüdünə layiq görülüb!!!!
İnanın ki, 3 gündür Məlahətin "Qız anası" kitabını oxuyuram...Bir-birindən maraqlı povestlər onların həyatımızin içindən gələn maraqlı mövzuları məni çox kövrəltdi...
Onu gec tanımağıma təəssüf edirəm...
Məlahət bir həkim kimi da çox bacarıqlı və vicdanlı həkimdir...Bu ağır pandemiya günlərində konüllü olaraq evindən, ailəsindən uzaq qalıb aylarla koronavirusa tutulmuş xəstələrə kömək etdi... Əziz dostumu ürəkdən təbrik edir ona müqəddəs həkimlik peşəsində, ədəbiyyat aləmində böyük uğurlar arzu edirəm!
Məlahət xanım hələ 93-cü illərdən Respublika mətbuatnda dərc olunur... "Tənha yuva" , "Atasız dünyam" adlı şeirlər kitabının və"Qiz anası", "Villa" adlı nəsr kitablarının müəllifidir... Son vaxtlar isə onlarla hekayələrlə mətbuatda çıxış edib...
O təkcə pandemiya ilə mübarizə aparmadı...bu qədər işin arasında bir necə pandemiya ilə bağlı hekaye yazdı...
Və mən inanıram ki, uşaqlıqdan jurnalist olmaq arzusu ilə yaşayan ancaq atasının arzusu ilə həkimlik sənətini seçən Məlahət hər iki pesəni qoşa qanad kimi omür səlnaməsində yaşadacaq ...
Qoşa qanadların yorulmasın əzizim...
Вернуться назад