Главная > Gundem > Baş Nazir sürücülüklə bağlı yeni QƏRAR imzaladı

Baş Nazir sürücülüklə bağlı yeni QƏRAR imzaladı


10-07-2020, 08:54. Разместил: djbaz
Baş Nazir sürücülüklə bağlı yeni QƏRAR imzaladı

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədlərin formasının təsdiq edilməsi haqqında” qərar verib.

NOCOMMENT.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması” və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması” təsdiq edilib.


Вернуться назад