Главная > Gundem > TƏBİB məlumat yaydı: STATİSTİKA

TƏBİB məlumat yaydı: STATİSTİKA


7-07-2020, 09:06. Разместил: djbaz
TƏBİB məlumat yaydı: STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 6-na olan statistik göstəriciləri açıqlayıb.

KONKRET.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6240 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 522 773 test aparılıb. İndiyədək 258 nəfər COVID-19-dan dünyasını dəyişib, 12 182 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 397 nəfərdir. Hazırda 343 nəfər reanimasiyada müalicə alır. 60 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 513 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib.

Вернуться назад