Главная > Gundem > O, dəyərli bir mirvaridir: Elnarə müəllimə

O, dəyərli bir mirvaridir: Elnarə müəllimə


3-07-2020, 23:57. Разместил: djbaz

Mən Bakı Dövlət Universitetində özünə layiqli bir yer tutmuş, kimsədə olmayan müsbət və qeyri-adi cəhətləri ilə hər bir insandan fərqlənən, yüksək keyfiyyətləri ilə ictimaiyyət arasında hörmət-izzət, sevgi qazanmış Elnarə Faiq qızı Yunusova haqqında danışmaq istəyirəm. Özü 1977-ci ilin 11 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun Fransız-İngilis dilləri ixtisası üzrə ali təhsil almışdır. 1998-ci ildən bu günə qədər "Universitetlərin şahı" hesab olunan Bakı Dövlət Universitetində çalışmaqdadır. Hal-hazırda, həmin Ali məktəbin Filologiya fakültəsinin Alman və Fransız dilləri kafedrasında müəllim kimi fəaliyyət göstərməkdədir. 2002-2013-cü illərdə Fransa və Belçika kimi ölkələrin elmi konfranslarında iştirak etmiş, biliklərini bir qədər də təkmilləşdirmiş və özünə lazım olanları mənimsəmişdir. Bu, onun elmi nailiyyətləridir. Mən o gözəl xanımın mənəvi uğurlarından və qəlbinin dərinliklərindən süzülüb gələn saf, təmiz niyyətdən söz açmaq istəyirəm. Elnarə müəllimənin bir müsbət özəlliyi ondan ibarətdir ki, o, tanımadığı-bilmədiyi, daha doğrusu, sıxıntıya düşmüş şəxslərə kömək etməyi və əlindən gələni əsirgəməməyi sevir. Allahın hər hansısa bir bəndəsinin uğur qazanmasına, nəyəsə müvəffəq olmasına dəstək verir və həmin adamın işi alınacağı təqdirdə isə, xeyli sevinir. Etdiyi xeyirxahlığın qarşılığı olaraq "Çox sağ ol" sözünü gözləmir, əksinə, çalışır ki, yaxşılıqda başqaları ilə yarışsın və adını insanlıq tarixinə yazdırsın. Bu ürək hər kəsdə ola bilməz. O ürək ki, kin-kidurətdən, nifrətdən, ədavətdən, rəqabətdən, xainlikdən və həsəddən xəbərsizdir. O ürək ki, onun sahibi alicənab və mədənidir. O ürək ki, bir məlhəmdir. Bəli, yalnız Elnarə müəllimə və Elnarə müəllimənin həqiqi timsalında olan insanlar yalnız bu cür qiymətli ürəyə sahib ola bilərlər. O isə, hər kəsə nəsib olmur...... Ona edilən müraciətə səbr, təmkin və çox böyük bir səmimiyyətlə qulaq asır, dinləyir və öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirir. Mən adım kimi bilirəm ki, Elnarə müəllimənin çalışdığı Alman və Fransız dilləri kafedrasında müdirindən tutmuş laborantınadək, onun kimi gözəl, mərd, nəzakətli və işini peşəkarlıq ilə yerinə yetirən ikinci bir adam yoxdur və heç tanımıram da. Elnarə müəllimənin haqqını ödəyə bilmərəm. Çünki, onun qiymətini bu 2-3 kəlmə ilə izah etmək təbii ki, qeyri-mümkündür. Mən yalnız bir tələbə olaraq o şəxsiyyət haqqında öz düşüncələrimi, bildiklərimi və çıxartdığım yekun nəticələri qələmə almışam. Elnarə müəllimə misilsiz bir xanımdır, dənizdə olan bir mirvaridir. Özü də elə bir mirvari ki, onu tapmaq çətindir və qiymətini vermək isə insandan güc-qüdrət tələb edir. Elnarə müəllimə, əgər haqqınızı tam ödəyə və ali keyfiyyətlərinizi layiqincə sadalaya bilmədimsə, məni bağışlayın...... Sevgilərlə və sayğılarla!

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Ərtoğrul Aypar
Вернуться назад