Главная > Gundem > Bu gün Leyla Əliyevanın doğum günüdür

Bu gün Leyla Əliyevanın doğum günüdür


3-07-2020, 08:42. Разместил: djbaz
Bu gün Leyla Əliyevanın doğum günüdür

Bu gün prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

KONKRET.az xəbər verir ki, Leyla Əliyevanın 35 yaşı tamam olur.

Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrədə və Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistratura pilləsini bitirib.

Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. O, 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan “Bakı” jurnalının təsiscisi və baş redaktorudur.

2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.

2008-ci ilin may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarlarıdır. Heydər Əliyev Fondu təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələrə imza atıb. Heydər Əliyev Fondu daim uşaqlar və onların problemlərini diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.



Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. “Xocalıya ədalət!” kampaniyasının məqsədi qətliam haqqında həqiqətlərin dünyaya yayılmasına, faciənin Azərbaycan xalqına qarşı soyqırım kimi tanınmasına nail olmaqdır.


Leyla Əliyevanın müxtəlif ictimai qurumların rəhbəri, ayrı-ayrı humanitar təşəbbüslərin müəllifi kimi Azərbaycanda və dünyada gördüyü işlər hər kəsə məlumdur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 278 missiyanı üzərinə götürmüş Leyla Əliyeva Fondun Moskva filialına da yüksək səviyyədə rəhbərlik edir.

İslam Konfransı Təşkilatının gənclər forumu ilə birgə “Xocalıya ədalət!” Beynəlxalq kampaniyasına start verilməsi də Fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət!” Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur[6]. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur.


Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapıb. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, ABŞ-ın 22 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Bundan başqa, indiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib. Müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, həmçinin seminarlar, konfranslar təşkil edilib, kitablar nəşr olunub, filmlər çəkilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının anım mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, rəsm sərgiləri təşkil olunur. Hər il 26 fevralında Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada, Hollandiyada, Gürcüstanda və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurmuşdur.


2018-ci ildə Türkiyənin İstanbul şəhərinin Bağçalar rayonunda böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkı açılmış və burada Xocalı soyqırımı abidəsi ucaldılmışdır. Xüsusi vurğulamaq lazımdır ki, qeyd etdiyimiz bu hadisələr Heydər Əliyev Fondunun Xocalı faciəsi ilə bağlı istər ölkə daxilində, istərsə də dünya miqyasında həyata keçirdiyi tədbirlərin bir qismidir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər isə onun təşəbbüskarı Leyla Əliyevanın əsl vətənpərvərlik nümunəsinin göstəricisidir.

O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.


2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.



18 aprel 2009-cu ildə Leyla Əliyeva Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri vəzifəsinə seçilib. Azərbaycanın xarici siyasətində diaspor təşkilatlarınln güclənməsi, xaricdə yaşayan vətəndaşlar fəallığının artırılması və onların Azərbaycanın haqq işinə dəstək verilməsində iştirakının stimullaşdırılması, azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə yer almasının təşviq edilməsi əsas hədəflərdən biridir. Bu mənada xaricdəki diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşür. Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) bu istiqamətdəki fəaliyyəti ilə seçilir.

RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır. Artıq Rusiyanın 70-dən çox regionunda RAGT-ın bölmələri fəaliyyət göstərir. Özünün belə böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olub və bunu davam etdirir. RAGT inamla təşkilatlanır, ölkəmizin hüdudlarından kənarda, o cümlədən Rusiyada Azərbaycanın imicinin formalaşması məsələsinə düşünülmüş, savadlı, proqram mövqeyindən yanaşır. Buna görədir ki, təşkilat tərəfindən həyata keçirilən layihələr cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edir. Bu çərçivədə müxtəlif idman yarışlarını, gənclər arasında bilik olimpiadalarını, “Qanın milləti yoxdur” adlı layihəni, konfrans və sərgilərin təşkilini xüsusilə qeyd etmək lazımdır. RAGT Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edir və ölkələrinarasında münasibətlərin inkişafına töhfəsini verir.

Leyla Əliyeva 12 iyul 2011-ci il tarixində Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının əsasını qoyub. IDEA planetanın üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etməyi hədəfləyib. “Gələcək bizim əlimizdədir” şüarı ilə getdikcə fəaliyyətini daha da genişləndirən IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.


Bu kampaniya çərçivəsində onlarla müxtəlif layihələr həyata keçirilib. O cümlədən, Leyla Əliyevanın təşəbbüsü ilə Maltada “Yer kürəsi uşaqların gözü ilə” sərgisi açılıb, Bakıda Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsi reallaşdırılıb, “IDEA üçün ideyalar” layihə müsabiqəsi, Bakıda beynəlxalq foto müsabiqəsi keçirilib. Bundan başqa, IDEA tərəfindən tələbələr arasında ən yaxşı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb, IDEA-nın təşəbbüsü ilə “Yer Kürəsi Günü”-də müxtəlif layihələrə imza atılıb. IDEA İctimai Birliyinin “Yer saatı” aksiyası da böyük maraqla qarşılanıb. Həmçinin, Heydər Əliyev Fondu və İDEA İctimai Birliyi ilə birlikdə “Ağacların kəsilməsinə yox” proqramı həyata keçirilib.


7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub. IDEA “Panthera” təşkilatı ilə birgə Qafqaz bəbirinin qorunması istiqamətində yeni layihəyə başlayıb. Heydər Əliyev Mərkəzində “Afrikanın vəhşi təbiəti” mövzusunda sərgi açılmışdır.

Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq katedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir. Heydər Əliyev Fondunun, o cümlədən, Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətində milli – mənəvi dəyərlərimizin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun təşviqi, dini məbədlərin qorunması və bərpasına dəstək verilməsi də xüsusi diqqət çəkən məqamlardan biridir. Leyla Əliyevanın təşəbbüsü bir sıra ölkələrdə bu istiqamətdə mühüm addımlar atılıb.


Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin çoxşaxəli fəaliyyətində də mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm məsələlərinə xüsusi diqqət yetirilir. Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın dəstəyi ilə Moskvada “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu” kitabının çapdan çıxması Azərbaycan reallıqlarını özündə ehtiva edən fakt kimi böyük diqqət və maraqla qarşılanmışdır. 2012-ci ilin noyabrında Londonda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans Azərbaycanın bütün dünyada sülhün, firavanlığın təmsil olunması yönündə həyata keçirdiyi siyasətə sanballı töhfə olmuşdur.




Вернуться назад