Главная > Gundem > Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb

Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb


29-05-2020, 11:01. Разместил: djbaz
Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb

28 May - Respublika Günü münasibətilə Estoniyanın paytaxtı Tallindəki Azadlıq meydanında Azərbaycan bayrağı əks olunub.

Bu barədə Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli "Twitter" səhifəsində bildirib.

"Tallin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü qeyd edir. Bu münasibətlə şəhərin əsas meydanı olan Azadlıq meydanı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu vacib günü bizimlə qeyd etdiyi üçün Tallinə təşəkkür edirəm", - deyə səfir qeyd edib.


Вернуться назад