Главная > Gundem > COVID-19 peyvəndi bu insanlar üzərində sınaqdan keçiriləcək

COVID-19 peyvəndi bu insanlar üzərində sınaqdan keçiriləcək


28-05-2020, 07:09. Разместил: djbaz

Oksford Universiteti COVID-19 peyvəndini afrikalılar üzərində sınaqdan keçirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, Keniyada 18 yaşdan yuxarı olan 400 nəfərdə yeni peyvənd sınaqdan keçiriləcək.

Tədqiqatın təxminən iki il çəkməsi planlaşdırılır.

Təəccüblüdür ki, sağlam insanların könüllü olaraq iştirak edəcəyi peyvənd proqramında yalnız həkimlər, tibb işçiləri və əczaçılara yer veriləcək.

Könüllülərin virusun yayıldığı Kilifi və Mombasa şəhərlərindən seçiləcəyi bildirilib.

Hökumətin proqramı təsdiq edib-etmədiyi məlum deyil.
Вернуться назад