Главная > Gundem > Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


28-05-2020, 07:49. Разместил: djbaz

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”. //Apa.az
Вернуться назад