Главная > Gundem > Qazi Anar Məmmədov: "Anamızı necə sevmişiksə, vətəni də elə sevməliyik" - MÜSAHİBƏ

Qazi Anar Məmmədov: "Anamızı necə sevmişiksə, vətəni də elə sevməliyik" - MÜSAHİBƏ


27-05-2020, 08:52. Разместил: djbaz
Qazi Anar Məmmədov: "Anamızı necə sevmişiksə, vətəni də elə sevməliyik" - MÜSAHİBƏ

"Anamızı necə sevmişiksə, vətəni də elə sevməliyik. Çünki nə Ananın haqqı odənmir, nə də Vətənin haqqı. Bunlar ayrılmaz kəlmələrdir".



Buta.ws-in həyata keçirdiyi “Vətənpərvərlik” rubrikasının bu dəfəki qonağı Azərbaycanın Respublikasının qazisi, igid oğlu Anar Məmmədov olub.



- Anar Məmmədov, "Vətəni sevməyən insan olmaz, olsa da o kəsdə vicdan olmaz". Vətənpərvərlik sizin üçün nədir?



- Hər bir insan vətənini sevməlidir. Vətən sevgisiz xəmir kimidir, mayası xarabdırsa o tutmayacaq. Vətən anadır, ana vətəndir. Anamızı necə sevmişiksə, vətəni də elə sevməliyik. Çünki nə Ananın haqqı odənmir, nə də Vətənin haqqı. Bunlar ayrılmaz kəlmələrdir. Ona görə deyirlər Ana Vətən. Vətənpərvərlik hər bir insanın içindən gəlməli, hər bir insanın qanında olmalı və hər bir insan öz əməli, peşəsi və danışığı ilə Vətənpərliyi aşlamalıdır. Bax onda Vətənpərvər, Vətəni sevmiş insan olursan.



- Hər kəsin uşaqlıqdan gələcək üçün arzuları və məqsədləri olur. Maraqlıdır, hərbçi olmaq arzu idi yoxsa məqsəd?



- Hər bir insanın uşağlıqdan bir arzusu olur. Mən böyüyəndə hansı peşənin sahibi olacam. Mənim də uşağlıq arzum hərbçi olmaq idi və 11-ci sinifdə oxuyarkən qarşıma öz məqsədimi qoydum ki, mən hərbçi olacam. Çox şükür arzuma, məqsədimə çatdım.



- Azərbaycan Ali Hərbi Məktəbini bitirmisiz. Daha sonra hərbidə kəşfiyyatçı olmusuz. Eşitdiyimə görə kəşfiyyatçıların yaşama şansı 1 faizə bərabərdi. Ölümü gözə alaraq yaşamaq çətin deyildi ki?



- Bu sualınız çox maraqlıdır. Bəli, hərbi məktəbdə 2001-2005-ci ildə təhsil almışam və kəşfiyyat ixtisasını öz istəyim ilə seçmişəm. Yəni digər ixtisaslar kompyuter vasitəsi ilə seçilirdi, amma biz də kəşfiyyat ixtisası sırf öz istəyimizə uyğun olaraq seçirdik. Bu orduda, kəşfiyyat bölümünə əsgər seçimində də eyni idi. Yəni yeni gələn əsgərlər arasında biz söhbətləşmə aparırdıq və kəşfiyyat bölməsində xidmət etmək istəyən əsgəri seçirdik. Ən sonda düşmən arxası ilə gedəndə belə, özümüz ilə aparacağımız və ya düşman üçün göndərəcəyimiz insanları istəklərinə görə seçirdik. Əgər getmək istəmirdilər, biz onu məcbur göndərmirdik. Yəni sual verlirdi getmək istəyirsən? Bəli deyənləri seçirdik, xeyr dedikdə isə aparmırdıq. Çünki mən bunu praktikamda görmüşəm. Adam olub, hətta rütübəli şəxs olub ki, deyib mən getmək istəmirəm. Qorxuram deməyib, sadəcə ailəsini, övladlarını düşünüb deyibdir. Biz hər zaman kəşfiyyata gedərkən fikirləşmirdik ki, biz geri qaydaq. Qarşımıza məqsəd qoyurduq düşməni darma-dağın edib, tapşırığı yerinə yetirməliyik. Biz fikirləşə bilmirdik ki, ordan qayıda bilərik, çünki geri qayıtma şansımız bir faizdən də aşağı idi. Sadəcə məqsədimizə uyğun hərəkət edirdik.
ƏTRAFLI
Nospa_Video_Cafe



- 2016-cı ildə dörd gün davam edən Aprel döyüşləri bizə nələri qazandırdı və biz nələri itirdik?



- 2016-cı aprel döyüşlərində Azərbaycan ordusu öz döyüş texnikalarına, Azərbaycan Əsgərlərinin necə döyüş qabiliyyətli olduğunu biz düşmənə sübut etdik və bu da bizim qazancımız oldu. Düşmən artıq 2016-cı ildən sonra rahat ola bilmədi. Əlbəttə ki, döyüş olursa orda itki də olacaq, ən böyük itki insan itkisinin olmasıdır. Biz orada bir çox dostlarımız itirdik. Allah onlara rəhmət etsin.


- Sağlamlığınızı Vətən uğrunda itirmisiz. Bu vəziyyətdə döyüşmək istəyiniz varmı?



- Sağlamlığımı vətən uğrunda itirmişəm və heç də peşman deyiləm. Biz hərbi and içəndə demişik axı, son qanımıza, canımıza qədər vətən uğrunda fəda etməyə hazırıq və mən, bu vəziyyət də belə döyüşməyə, şəhidlərimizin qisasını almağa hazıram və Allahın izni ilə inşallah bunlarada nail olacağıq .



- Gənc hərbçilərimizə tövsiyələriniz nədir?



- Mən hal-hazırda Ali hərbi məktəbdə mülki kimi fəaliyyət göstərirəm və biz orada hərbçilərimizi, gənc zabitlərimizi yetişdiririk. Onlara hər zaman tövsiyyəm olub ki, savadlı olmaqla yanaşı bacarıqlı, vətəni, millətini, bayrağını sevən olsunlar və onlara bir şeyi də tövsiyyə edirəm ki, bu dünyaya kişi kimi gəlmişiksə, kişi kimi də bu dünyadan getməliyik. Şəhidlərimizin qisasını almalıyıq bu hər birimizin borcudur. Ona görə onlar hər şeyi yaxşı oxuyub, hər şeyi mükəmməl bilməlidir.


- Gənclərin vətənpərvər ruhda böyüməsi üçün nə etmək lazımdır?



Hər bir ailə öz övladını vətənpərvər ruhda yetişdirməli, ən azından övladına bizim itirilmiş torpaqlar haqqında məlumat verməli, düşmənimiz kim olduğunu bildirməli, bayrağımızı sevdirməli və himnimizi öyrətməlidir. Yəni ilk öncə ailə, ata və ana, böyüklər öyrətməlidir ki, uşaq da vətənpərvər ruhda böyüsün. Daha sonra məktəbdə, universitetdə müəllimlər öyrətməyə davam etməlidirlər. Orta məktəblərdə müəllim dərsə başlamazdan əvvəl ən azı bir dəqiqə vətənpərvərlik mövzusunda, hər dərs bir qəhrəmanımız haqqda danışmalıdır və şagirdlərimiz də bilməlidir ki, bizim qəhrəmanlarımız kimlərdir, bunlar niyə döyüşüb şəhid, qəhraman olublar bunları bilməlidirlər. Baxın biz qazilər yorulmuruq tədbirlərə, universitetlərə, məktəblərə və təşkilatlara gedirik və orada bizim ən azından görünüşümüz, duruşmuz və danışığımız 100 nəfərdən 50-nə toxunursa biz onda sevinirik. Yəni o insanlar görürlər ki, birimiz ayağımızı, birimiz əlimizi və digərləri hər hansı bir orqanını itirib yenədə Vətən-Vətən deyirlər. Bax onlar bu ruhda böyüməlidirlər. Bu gün yenə də deyirəm ki, döyüş başlasa mən gedib döyüşəcəm və arzumdur ki, Qarabağımızı azad edək və bir kəndə mən Azərbaycanımızın Üç rəngli Şanlı bayrağını həmin kəndə sancım. Sonda onu demək istəyirəm k, mən ikinci kursda oxuyanda qeyd dəftərçəm vardı, özümə arzu etdiyim bir yazı vardı və yazıda yazmışdım ki, ilk növbədə şəhid olum, ikinci növbədə milli qəhraman olum və üçüncü növbədə general olum. Özümə bunları arzu etmişdim. Himnimizdə deyildiyi kimi "Hüququndan keçən Əsgər" bizlər öz yaşama hüququmuzdan keçib, şirin canlarımızı Vətən yolunda qurban vermişik. Gənclərimiz tariximizi dərindən öyrənməlidir.



Əsgərov Ənvər
Вернуться назад