Главная > Gundem > Qərargah: “Mall”ların açılması mümkündür, açıq havada idman yarışlarının keçirilməsi müzakirə olunur

Qərargah: “Mall”ların açılması mümkündür, açıq havada idman yarışlarının keçirilməsi müzakirə olunur


23-05-2020, 08:14. Разместил: djbaz

“Sarı zona”da kənd təsərrüfatı ilə məşğul olan şəxslərin hərəkəti sərbəstdir”.

Bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, müvafiq arayışla “narıncı zona”da kənd təsərrüfatı ilə məşğul olanlar sərbəst hərəkət edirlər: “Yaxın qohumları vəfat edənlər “narıncı zona”dan “sarı zona”ya, “sarı zona”dan isə “narıncı zona”ya hərəkət edə bilər”.

İ. Məmmədov qeyd edib ki, növbəti mərhələdə “Mall”ların açılması mümkündür: “Açıq havada idman yarışlarının keçirilməsi də müzakirə olunur. Tibbi maskaların taxılması açıq havada tövsiyə olunur, qapalı məkanlarda isə tibbi maskalar məcburidir. Cərimə məsələsi də müzakirə olunur”.
Вернуться назад