Главная > Gundem > ŞƏHİD ƏMANƏTİNƏ XƏYANƏT ETMƏYİN

ŞƏHİD ƏMANƏTİNƏ XƏYANƏT ETMƏYİN


16-05-2020, 10:38. Разместил: djbaz

Çoxdan yazmaq istədiyim bir mövzunu oxucularımla bölüşmək istəyirəm.
Hər kəs bilir ki, şəhid ailələri haqqda olan hər bir mövzu bu günə kimi mənim diqqətimdən yan keçməyib. Bu gün toxunacağım bir mövzu məni çox düşündürdü, bir tərəfdə Şəhidin yadigarı, bir başqa tərəfdə həmkarlarımın atdığı utanc verici addımlar. Çox düşündükdən sonra ədalətli olaraq həqiqəti yazmaq qərarın verdim.
Nərminə Cəfərova bu ad yəqin ki, bir çoxlarına tanışdır. O, şəhid Şaban Şəfərovun qızıdır, şəhid yadigarıdır. Bu gün Şəhid yadigarları bizə bir əmanətdir, görəsən bu əmanətlərə sahib çıxa bilirikmi? Məncə yox! Sahib çıxmaq istəyənlərin də işinə kölgə salanlar var.
Yaxın günlərdə Şəhid qızı Nərminə Cəfərovanın xidmətlərini qəbul etməyən bəzi media nümayəndələri Şəhid qızını hətta şantaj etmək istədiyi xəbərini Nərminə Cəfərovanın öz dilindən eşidərkən həmkarlarımın yerinə mən çox xəcalət çəkdim.
Əlbətdə onların atdığları düşünülməmiş addımların boşa çıxması da səbəbsiz deyil, çünkü ataların gözəl bir misalı var" Qızıl palçıqda belə öz dəyərini itirməz." Onu çamura batırmaq istəyənlər ilk növbədə bilməlidirlər ki, Nərminəni ilk növbədə Şəhid atasının ruhu, sonra isə bu dövlətin hüquq mühafizə orqanları qoruyacaq...
Amma siz şəhidin ruhuna nə cavab verəcəksiniz bu haqqda fikirləşsəniz yaxşı olardı.
Nərminə gənc yaşına baxmayaraq atdığı addımları ilə artıq yetərincə hörmət və ehtiram qazanmışdır. Savadlı, perespektivli gənc olmasına baxmayaraq dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edən şəhid övladıdır. Bəlkə də bu gün çevrəmizdə 70 yaş yaşayan yüzlərlə insanın görmədiyi xeyriyyə aksiyalarını bu qız həyata keçirib.
Bu gün əlinizdə qələm varsa, çevrənizdə qələm əhli olan dostlarınız varsa şəhid qızına deyil düşmənə tərəf səfərbər olun.
Sosial mediadan yararlı şəkildə istifadə edin.
Əsirlikdə qalan qız gəlinimizin xəcaləti bizə azdırmı, şəhid övladlarına qarayaxma kampanyasına başlamaq istədiniz?!
Ayıbdır...Burada hər kəsin adını açıq aşkar yaza bilərdim. Amma mən bunu özümə sığışdırmadım. Qələminizlə haqq, ədalətə xidmət edin. Elə düşünməyin ki, kimin necə çalışdığı ortaya çıxmır.
Kişiliyin nə olması şalvar geyinməklə ölçülmür bunu hər biriniz bilirsiniz. Kişilik azərbaycan qızına, gəlininə, qadınına, anasına sahib çıxmaqdır. Onları şər qüvvələrdən qorumaqdır.
Bu gün mediada yetərincə yerində olmayanlar var. Amma işi ilə savadı ilə seçilənlər də az deyil. Gəncsiniz gələcəyiniz qarşıdadır, elə addımlar atın ki, geri baxanda gördüyünüz işlərdən özünüz də, doğmalarınızda qürur duysunlar.
Bir şəhidin əmanətinə xəyanətlə baxmağı isə sizə nə Allah bağışlar nə də Vətənsevərlər!
İndi düşünün şəhid qızına dəstəy olmaq sizə şərəf gətirər, yoxsa qara piyara imza atmağınız? Adınızın azərbaycan tarixinə şəhid balasına qarşı atdığınız haqqsız addımlarla düşməsini istəmirsinizsə diqqətli olun!
Bu həyatda heç nə unudulmur!
Nərminə Cəfərova belə bir kişinin qızıdır.
Cəfərov Şaban Ələsgər oğlu 1958- ci il Mart ayının 11- də Mingəçevir şəhərində anadan olub.
1988- ci ildən 1992- ci ilə qədər Laçın, Ağdərə, Agdam və digər rayonlarda konullu xidmət edib.
1992- ci ildə Agdamin Abdal Gulabli kəndində şəhidlik zirvəsinə qovuşub. Mingəcevirin ilk Şəhidlərdən biridir. Doğulduğu Mingəçevir şəhərinin məzarlığında uyuyur. İki azyaşlı övladını qeyrəti olan vətənsevərlərə əmanət etərək əbədiyyətə qovuşub.
Allah şəhidimizə rəhmət eləsin.

Almaz İLAHƏ


Вернуться назад