Главная > Gundem > DİLQƏM VƏ ŞAHBAZIN ƏSİRLİYİDƏ OLMASI AZƏRBAYCAN ÜÇÜN UTANC DEYİLMİ???

DİLQƏM VƏ ŞAHBAZIN ƏSİRLİYİDƏ OLMASI AZƏRBAYCAN ÜÇÜN UTANC DEYİLMİ???


10-05-2020, 12:09. Разместил: djbaz

Onlar üçün əfsanəvi qəhrəman deyirlər, mən isə əfsanə sözü ilə heç də razılaşmıram. Hətta bu dərd ilə barışmıram. Əfsanə və nağıllar reallıqdan kənar, biraz şişildilərək bu günümüzə çatan məlumatlardır. Dilqəm və Şahbaz isə bizim bugünümüzdür. Göz görə-görə ölümə getmək isə nə nağıl, nə də əfsanə deyil, bu qürur verici bir həqiqqətdir.
Qarabağ torpaqlarının işğalı faciəsi az imiş kimi bu günə kimi əsirlikdə olan vətəndaşlarımızın taleyinə biganə qalmağımız nə qədər düzdür??? Nə üçün bu günə kimi əsirlikdə qalan vətəndaşlarımızın geri alınması üçün əlaqədar təşkilatlar addımlar atmırlar?
Görəsən hansısa nazirin doğması əsirlikdə olsaydı bu günə kimi susardımı???
Nə üçün hansısa addımlar atılmır? Görəsən o əsirlərin geri alınması kimlərə sərf etmir? Ordan gələcək insanların hansı gətirəcəyi xəbər kresloda oturan məmurları narahat edir? Axı bəzi soyu qarışıq olanlar bildiyimizə görə istədikləri zaman ermənistana gedə bilirlər.
Bu gün çox şey yaza bilərəm. Amma bəzi nadanların əlinə şans vermək istəmirəm ki, dövlətçiliyə zərbə vuracaq cümlələr ilə pofoslu çıxışlar etsinlər. Amma bu o demək deyil ki, haqqa da göz yumacağam.
Artıq bəsdirin Allahdan qorxun o insanların günahı nədir ki,erməni vandalları tərəfindən bu qədər alçaldılsın. Bir neçə dəqiqəlik o, insanların yerinə özünüzü qoyun hansı hissləri yaşadınız?
Mən düşündükdə o an ölmək istədim! İlahi necə zülümlər var, doğmalarını öldürən torpaqlarını talan edən, evini viran qoyan, qız gəlininə gözünün önündə təcavüz edən vəhşilərin əlində əsir qalasan. Göz görərək cəhənnəm əzabı çəkən insanların hələ zülmü çoxmu çəkəcək???
Bu gün Vətən həsrətinə dözməyərək öz doğma torpaqlarına gedərkən əsir götürülən qardaşımızın birinin doğum günüdür.
Şahbaz Quliyevin 1968-ci il mayın 9 da Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Şahbaz 2014- cü ilin iyul ayında Dilqəm Əsgərovla birgə Kəlbəcər rayonunda əsir götürülmüş və bu günə qədər erməni əsirliyindədirlər. Artıq 6 ildir ki, Azərbaycan Onların geti alınmasına biganə qalır. Bu isə Azərbaycan üçün untancvericidir.!
P.S. Bu dünyadan o dünyaya aparacağınız kəfən olacaq. O, əsirlərin geri alınmasına mane olan, bacardığını etməyən, bu müqəddəs ayda Allahın bəlasına gəlsin ki, bütün əsirlərimizin qapıları açılsın.

Almaz İlahə
Вернуться назад