Главная > Gundem > Gənc yazar Karona pandemiyası haqqında şeir yazdı

Gənc yazar Karona pandemiyası haqqında şeir yazdı


10-05-2020, 12:05. Разместил: djbaz

`"Çıxma Çölə"

Başlayıb batil ilə haqq savaşı,
Mərd odur saxlaya sağ təndə başı,
Qalmasın bir daşının üstə daşı,
İstəsə kim ki bütün insan ölə
Dedilər çıxma çölə-çıxma çölə.!

Evdə qal,çıxma çölə yansa için,
Boş yerə sorma nədən, ya nə üçün,
Qurbağa qur-qurunu kəsmək üçün,
Sən də bir daş götürüb tulla gölə
Dedilər çıxma çölə-çıxma çölə.!

Düşünüb al önünə qoy papağı,
Bir ara evdə otur,qır topuğu,
Hamıda varsa əgər göz qıpığı,
Qırpınıb gözlərini təqlid elə,
Dedilər çıxma çölə-çıxma çölə.!

_Hər işin hikməti var fikr eləyin,_
*Allahı* yada salın, zikr eləyin,
Verdiyi hər nəfəsə şükr eləyin,
Bəlkə xoş günlərimiz bir də gələ
Dedilər çıxma çölə-çıxma çölə.
[10.05 06:45] Almaz Djb: Korona virus

Hələ də qəflətdən ayılmır bəşər,
Dördnala at çapır korona virus.
Haqqa qayıtmasa insanlıq əgər,
Dünyanı qoyacaq viranə virus.

Çinə mesajını göndərdi getdi,
ABŞ- I meymuna döndərdi getdi,
Avropa xalqını endirdi getdi,
İndi də yayılıb İrana virus.


İstəsə dəf edə çirkin virusu,
Torpağın altı da kirləşsin gərək
Rast gələr düz Altun Orana virus,
Gəlməsin qışlağa, Arana virus.

Maskalana, Maskalana

Bir qulaq as gələn səsə,
Şamildir qanun hər kəsə,
Kim ki, əməl eyləməsə,
Həbs eləyib bas kalona,
Maskalan a ! Maskalan a!

Çox ölçülüb dartılacaq,
"Çox maskalar yırtılacaq",
Bəşəriyyət qurtulacaq,
Çalxalana , çalxalana,
Maskalana , maskalana.

Gülnar Nəzərli - "Qış günündə açan çiçək" adlı kitabın müəllifi, Bakı Qızlar Universitetinin II kurs tələbəsi, Loqos Psixoloji və Nitq İnkişaf mərkəzinin, "Gənclər şöbəsinin, Defektologiya departamentinin könüllü üzvü.

Вернуться назад