Главная > Gundem > Nadim Alixanov:"Hər təbəqədən olan insanlar müraciət edir-Xüsusən Məmurlar"

Nadim Alixanov:"Hər təbəqədən olan insanlar müraciət edir-Xüsusən Məmurlar"


1-01-2017, 01:05. Разместил: djbaz
Müsahibim “Ekstra hiss” layihesinin qalibi ekstrasens və psixoloq Nadim Alixanovdur.Nadim Alixanov 2017-ci illə bağlı hiss etdiklərini bizimlə paylaşacaq.Nadim Alixanov:"Hər təbəqədən olan insanlar müraciət  edir-Xüsusən Məmurlar"
Ekstrasens kimi özünüzü necə qiymətləndirirsiniz?
-Çox güclü ekstrasens politoloq və psixoloqam.
-Ən çox kimlər sizə müraciət edir?
-Hər təbəqədən olan insanlar müraciət edir, xüsusən məmurlar ,nazir,icra başçıları,polis məmurları və sözsüz ki,tanınan simalar,şou biznes adamları.
-Ekstrasenslər eyni zamanda psixoloq olurlar.Marağlıdır hiss etdiklərinizin psixologiya ilə əlaqəsi varmı?
-Güclü ekstrasens,güclü psixoloq olmalıdır ki,hiss etdiklərini qarşı tərəfin psixologiyasına uyğun olaraq çatdırsın.Ekstrasenslik ilahi vergidi.Bəzi özünə ekstrasens deyənlər psixologiyanı bilmədikləri üçün istəklərinə də nail ola bilmirlər.
-Bu sahədə özünüzə rəqib kimləri görürsünüz?
Sağ olanlardan mənə rəqib görmürəm.Yalnız Vanqanı rəqib olaraq görürəm hətda rəqib deməzdim,özümdən güclü hesab edirəm.Vanqa bilirsiniz ki, kor olub görməyən gözü ilə illər sonraya proqnozlar verib.Mənimdə illər öncə verdiyim proqnozlar bu gün öz təsdiqini tapır.İnanmayanlar internetdə araşdırıb baxa bilərlər.Belə ekstrasens varsa çıxsın üzə.Tam əminliklə deyirəm ən güclü ekstrasens mənəm.Evini,mülkünü satıb şou proqramlarda özünü ekstrasens kimi xalqa sırıyanlara,mən ekstrasens demirəm.Məndə şou proqramlara çıxmışam lakin haqqın tərəfin tutmuşam.Efir xatirinə oynamamışam.Dava etmişəm çünki mən qırmızı sifətəm və qırmızı sifət insan düz danışan olur.
(dediyim kimidə yaz İlhamə)
-Zirəddin Rzayev kimdi?
-Zirəddin Rzayev –Şoumen
-Nadim Alixanov aldanıbmı?İstər pronozlarda,istərsədə başqa nüanslarda?
-Allahdan başqa heç kim aldanmaya bilməz. Hər bir ekstrasensin proqnozlarında,gördüyü işlərində səhvləri olur.Məndə də olub amma çox az hallarda.
-Müraciət edənlərə kömək edən Nadim öz çətin anlarında kimdən kömək istəyir?
-İLk növbədə Allahdan,yaxın dostlarımdan və yaxşılıq etdiyim insanlardan kömək gözləmişəm.Heç vaxt köməyə ehtiyyacım olduğunu hiss etdirməmişəm.Onların bunu başa düşməsini gözləmişəm.
Məni Allah qoruyur.
-Ekstrasenlərin özünə məxsus aksesuarları olur.Bunların hisslərlə əlaqəsi var?
Yox heç bir əlaqəsi yoxdu.Kitabdan,kartdan,kofedən,təsbehdən,üzükdən enerji almaq mümkünsüzdür.Əsas sənə gələnləri hiss etməkdir.Bu isə ilahi vergidi hər kəsdə olmur.
-2017-ci ilin ilk gününü yaşayırıq.Bu il Azərbaycanı nə gözləyir?
2017 ci il yay aylarına kimi stabilləşmə gözlənilir. Çox kəsgin proqnozlar vermək istəmirəm,lakin hiss etdiklərimi qısa şəkildə demək istəyirəm. Xoş hadisələr gözlənilmir.2017-ci ilin sonları,2018-ci ilin əvvəli dünyada dəhşətli müharibənin başlanğıc ili olacaq.
-Oxucularınıza son sözünüz?
-Pullarınıza qənaət edin,tanımadığınız insanlara güvənməyin.Sağlam olun.
İlhamə Əli
DJB.AZ

Вернуться назад