Главная > Gundem > 10 May – Heydər Əliyevin doğum günüdür!

10 May – Heydər Əliyevin doğum günüdür!


10-05-2020, 11:23. Разместил: djbaz

Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan
şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji
Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki
Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil
almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan
verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili
İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində
şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi
orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları
sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin
müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş,
general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o,
Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci
ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini
bitirmişdir.Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1982-ci ilin
dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi

Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri
olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı,
beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.Heydər Əliyev
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun
yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa
vermişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk
əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan
Ali Sovetinə deputat seçilmişdir. O, 1991 – 1993-cü illərdə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali
Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni
Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis
qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda
ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o
zamankı rəhbərlik Heydər Əliyevi Bakıya dəvət etmişdir. Heydər Əliyev
1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun
24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır.1993-cü il
oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il
oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq,
yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il
15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyinin irəli
sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış
problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 2003-
cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev
Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz
fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət
etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir.
Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət
Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində
əbədi yaşayacaqdır.

AYSEL NAZIM
Вернуться назад