Главная > Gundem > Gülüstan xanım doğum gününüz mübarək !

Gülüstan xanım doğum gününüz mübarək !


8-04-2020, 12:21. Разместил: djbaz

Bu gün istedadlı müğənni, Respublikanın əməkdar artisti Gülüstan Əliyevanın doğum günüdür. Bu həm də təkcə onun bayramı deyil, elecə də yüzlərlə onu sevən, sənətini alqışlayan tamaşaçıların bayramıdır. Öz ecazkar sənəti ilə Azərbaycan musiqi sənətinə gözəl töhfələr vermiş müğənni, yaradıcılığının yeni mərhələsinə qədəm qoyur.
Kiçik yaşlarından musiqi ilə məşğuldur. 1981-ci ildə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində üç turun üçündən də əla qiymət alıb müsabiqənin qalibi olan Gülüstan 1982-ci ildə Yevlaxdan Bakıya - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə təhsil almağa göndərilib. İslam Rzayevdən muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirib. Elə həmin il Dövlət Konservatoriyasında açılan muğam sinfinin ilk tələbəsi və ilk məzunu olub. 1990-cı ildə konservatoriyanı fərqlənmə ilə bitirib. 1995-1996-cı illərdə Muğam Teatrında solist işləyib. 1997-ci ildən Akademik Opera və Balet teatrının solistidir. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb. Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimidir. Əməkdar artistdir (2005). 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Gülüstan xanım həm də bir anadır. “Övladını sevən, onu cəmiyyətə, Vətənə layiqli bir övlad kimi yetişdirən ana”. Əbəs deməyiblər, “cənnət anaların ayaqları altındadır”… Ailəsində daha bir incəsənət xadimi GTT-nın aktyoru Eldar İmanov da onu ilk təbrik edənlərdəndir. Və deyir ki, - “Ailəmizdə hər kəs onun sənəti, yaradıcılığı ilə fəxr edir”.
Biz də öz növbəmizdə Gülüstan xanımı təbrik edir, ona yaradıcılıq uğurları arzu edirik !

P.S Bu xanımla, onun yaradıcılığı ilə kiçik bir görüş olsa da ( ad günü ərəfəsində) daha ətraflı müsahibələrimiz qarşıdadır.

Təranə Feyzullayeva


Вернуться назад