Главная > Gundem > MƏN PREZİDENTİMƏ HƏR ZAMAN GÜVƏNMİŞƏM

MƏN PREZİDENTİMƏ HƏR ZAMAN GÜVƏNMİŞƏM


6-04-2020, 11:43. Разместил: djbaz

Bu həyat bir sınaqdır kiminin sınaqları ağır olar, kimininsə sınaq yolu hamar. Kimi yolunu dizlərini yıxılaraq qanadaraq keçər, kiminin həyatı pambıq içində ağrı acı görmədən keçər.
Mübariz Mənsimovun həyat yolu o dəqərdə hasan olmayıb. Zərrə- zərrə, miskal-miskal toplayıb uğurlarını. Onun uğur camı hər kəsə hasanlığla dolmasını göstərə bilər. Amma elə olmadığı bilmək istəyən hər kəs onu tanımaq üçün həyat yaradıcılığını izləyə bilər. Zəhmətkeş bir ailədə 9 işağın böyüyüb boya başa çatması. Halallıqla yoğrulan bir valideyinlərin tərbiyyəsini görən Mübariz Mənsimov əldə etdiklərin var pul hesabına hazır tapmayıb. O əldə etdiklərini dişiylə dırnağıyla qazanıb. Hər zaman onu bir azərbaycanlı iş adamı olaraq kənardan izləmişəm, onun kəskin çıxışları, yazıları həmişə diqqətimdə olub. Amma bir dəfə də olsun onun Azərbaycan Respublikasının Dövlər Başçısına qarşı zərtə qədər hörmətsizlik etməsini görməmişəm. Hər zaman müxtəlif məmurları tənqid edərək buraxdıqları səflərin Heydər Əliyev siyasətinə vurduqları zərbə adlandırıb, hər birini prezidentimizin ətrafında sıx birləşməyə səsləyib. Bəlkə də yaradıcılığımı izləyən oxucularım və həmkarlarım düşünəcəklər görəsən heç bir zaman M. Mənsimovla bağlı fikir yazmayan Almaz xanımı nə vadar etdiki qələmi ondan yazdı. İlk öncə bildirim ki, Mənim üçün insanın tutduğu vəzifə önəmli deyil. Mənim üçün önəmli olan insanlığ, atdığı addımda Allahı başı üzərində görərək ONUN rzası üçün işlər görməsidi. Xalqına, millətinə, dövlətinə bağlılığı və dövlətinə sədaqətidir.
Mən bu xüsusiyyətləri faktları ilə görən bir yazar olaraq Mübariz Mənsimov azadlığda olarkən bir dəfə də olsun onun haqqında yazı yazmadım.
Bilirsiz nə üçün?
Çünkü o zaman mənim onun əməllərini tərifləməyimə ehtiyac yox idi?
Çünkü ondan bütün türk dünyası ondan yazırdı. Sosial mediyada hara baxırdın Mübariz Mənsimovun atdığı müsbət addımlardan söz açırdı.
Bu gün Mübariz Mənsimovla yazılar məqalələr fikirlər yenə də gündəmdədir. Amma onun azadlığda olduğu zaman və bu günkü durumunda fərq tamam başqadır.
Məndə darda olanın yanındayam bügün.
İllərlə bir dəfə onu tərifləməyən qələmim bu gün hər bir Azərbaycan vətəndaşı kimi ona üçün yazır "Mübarizə azadlığ" çünkü Mübarizlər qəfəsdə yaşamamalıdır onlar vətəninə torpağına sədaqətlə xidmət etmək üçün yarananlardır.
İlk növbədə oxucularımın yaddaşını təzələmək qərarına gəldim. Moskva şəhərində yaşayan həmkarım Fuad Abbasovla bir fikir ayrılığımız üçün böyük narazlıqlar ortaya çıxmışdı. O zaman o yüzlərlə kişiyə deyil bir tək qadın mənim adımı çəkərək üzünü mənə tutaraq təqqir etmişdi. Moskva şəhərində Fuad Abbasovun həbsi mənə də çox pis təsir etmişdi, onu qollu qandallı gördükdə mən də kollektivimdə azərbaycanlı oğludur deyərək qələmimizlə ona azadlıq tələb etdik və müxtəlif məsələləri ortaya qoydur. Çünkü hər bir insanın qeyrət damarı var. Və mən bir vətən övladımın ruslar tərəfindən əzilməsini, əyilməsini qəbul edə bilmirdim.
Sağolsun cənab prezidentimiz xalqın səsinə səs verdi və F. Abbasov azadlığına qovuşdu və Azərbaycana qaytarıldı.
Bu gün bizim vətənimizin övladlarından biri yenə də dardadır. Və qeyrət damarı olan hər bir azərbaycanlı onun azad olmasını istəyir. Çünkü o azadlığda olarsa millətinə xalqına dövlətinə daha çox yararlı olar. Dünya gəmiçiliyi üzrə yeddinci yerdə Mübariz Mənsimovun şirkətinin olması qürur deyilmi!?
Bu gün dünyanın başı dərdə olan bir zaman, hələn bəlanın bizlərə nə bəxş edəcəyini bilmədiyimiz bir vaxtda mərhəmətli olmaq zamanı deyilmi? Axı bu bəla ilə mübarizə aparmaq üçün əlindən gələni xalqı üçün edən prezidentimizə dəstək olmaq üçün Mübariz kimi iş adamları bu vətənə lazım deyilmi?
Bir olaq birlik olaq, "Biz birlikdə güclüyük" şüarına qoşulmaq üçün azərbaycanlı iş adamlarının bir arada olması lazım deyilmi?
Bu gün Mübariz Mənsimov üçün qurulan tələyə bu gün o düşmüş ola bilər, amma hələ kimi nə gözləyəcəyini hardan bilmək olar. Kimliyindən asılı olmayaraq ədalətli olmaq lazımdır. Biz ədalətli olmadıqsa Alah bizə qarşı ədalətli olmayacaq. Biz insan həyatının qaralmasına göz yumsaq Allah da bizim həyatımızı qaraldacaq. Buna inanın, İlahi ədalətə inanın.
Allahın hökmü bu son günlər yaşadıqlarımız sizlərə nəyi döstərir, heç düşündünüzmü?
Mən oxucularımı yormaq isyəmirəm. Dostluğumda həmişə güvəndiyim, inandığım, hüquq mühafisə orqanlarının əməkdaşlarına üz tutaraq deyirəm. Mən H.Əliyev siyasətini davam etdirən Əliyevlər ailəsinə hər zaman güvənmişəm. Ptezidentimə inanmışam, I vitse prezidentimin ağlına, zəkasına, qadın olmasına baxmayaraq dünyanı belə idarə edəcək gücünə siyasətinə həmişə həsədlə baxmışam və ona olan simpatiyamı hətta çevrəmdə olan belə hər ləs bilir. İnanıram ki, mənim prezidentim və xanımı qardaş dediyimiz Türkiyə Respublikasında həbsdə olan vətənimizin övladına sahib çıxacaq.
Cənab prezidentim M. Mənsimova sahib çıxarsa Onun atdığı bu addım bir daha bizim dövlət başçımızın xalqın səsiə səs verməsi olacaq. Və onu sevən xalqı hər zaman olduğu kimi Onun arxasında olacaq. Necə ki, uzun illər ümummilli liderimiz H.Əliyevin və bu gündə cənab prezidentimizə sədaqətimizi qələmimizlə göstərmişiksə, Hər zaman düzgün məlumatı bilməsi üçün sosial mediyadan istifadə edərək ona çatdırmağa çalışmıqsa bu gündə məhs ona güvənərək ürək sözlərimi qələmə aldım.
İnanıram ki, Allah yaxşılığa imza atan hər kəsin mükafatını verəcək. Bu da vətənimin oğlunun bir sınağı olacaq. İnşəallah üzü ağ olaraq bu sınaqdan da çıxacaq ədalətli hökmü verən Allahdır ona vəsilə olansa necə bəctəvərdir. Mən inanıram ki Allahın vəsiləçisi məhz mənim ədalətli prezidentim olacaq!
Bəzən fakt kimi görüb bildiyimiz belə fakt olmur. Mən inanıram ki Mənsimov FETOÇU ola bilməz!

Almaz İlahə



Вернуться назад