Главная > Gundem > Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirilir


26-03-2020, 13:43. Разместил: djbaz

COVID-19 pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib. Tapşırığa əsasən “Bakı Abadlıq Xidməti” MMC hər gün dezinfeksiya işlərinin aparılması tədbirlərində iştirak edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

Eldar Əhmədov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Qızıl Qələm” mükafatı laureatı







Вернуться назад