Главная > Gundem > Gigiyena və Epidemiologiya Mərkəzi Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görür
Gigiyena və Epidemiologiya Mərkəzi Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görür28-01-2020, 17:51. Разместил: djbaz |
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus təhlükəsi ilə əlaqədar Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görüb. APA-nın xəbərinə görə, Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, əgər Çində karantin tədbirləri həyata keçirilirsə, hər kəs özünü qorumaq üçün onlayn sifarişləri dayandırmalıdır: “Düzdür, həmin məhsullar gömrük məntəqələrində müayinədən keçirilir, yoxlanılır, amma yenə də alış-verişi, bütün əlaqələri məhdudlaşdırmaq olar. Çünki koronavirus haqqında ÜST-ün belə tam məlumatı yoxdur. Virus hələ öyrənilir. Ona görə bir qədər ehtiyatlı olmaq lazımdır”. Вернуться назад |