Главная > Gundem > Seciləcək deputatlarımıza yaddaş kartı

Seciləcək deputatlarımıza yaddaş kartı


24-01-2020, 10:39. Разместил: djbaz

Minumum əmək haqqı və pensiyaların artırılması barədə Prezidentin Sərəncamı niyə gecikir ?
Əhalinin dolanışığını, məşğulluğunu təmin etmək lazımdır. 40 yaşından 65-70 yaşlarında vətəndaşlar, xüsusilə Bakıya yığışan vətəndaşlar iş tapa bilmir. Hər dəfə beş manat, on manat pensiyalar artırılanda dükan və marketlərdə qiymətlər iki dəfə artırılır.Əlilliyə gorə 219 manat aldığımız aylıq pensiya ilə kommunal xəcləri bir təhər ödəsək də,bu qədər bahaçıllıqda aldigımız aylıq məvacib yaşamağımızı təmin etmir.
Keçmiş sovetlər birliyində 80-100 manat pensiya alanlar bir ay normal dolanırdılar. İndiki dövrdə dolanmaq çox çətindir. Bir tərəfdən zərərli qida məhsulları,digər tərəfdən saxta keyfiyyətsiz dərmanlar bu millətin axırına çıxıb. Axı nərdivanla yığılan zərərli pomidorlar, geni dəyişdirilmiş məhsullar nəyimizə lazımdır? Balıq yemiylə və digər süni kökəldilən , iynələrlə böyüdülən, qidalanan yediyimiz toyuqdan, ətdən ət tamı da gəlmir.
Kəmiyyət dalınca qaçmaq yox, keyfiyyətə üstünlük vermək lazımdır. Saxta kərə yağı istehsal edənlər ciddi cəzalandırılsa, insanlarda məsuliyyət və qorxu hissi də artirılar. Çörəkdən çörək ətri gəlməsi ücün dədə babalarımız əkib- bicən buğda sortlarına keçmək lazımdır.Kənd yerlərində yeni istehsal sahələri yaradılmalidir. Şəhərə axının qarşısı alınmalıdır.
Ölüm hökmü ölkəmizdə birinci ləğv olunduğu üçün insanlarda bir arxayınlaşma baş verdi.
Amerika kimi demokratik pərdəsi altında gizlənən bir ölkələrdə ölüm hokmü hələ də ləğv edilməyib.
Nərmin adlı körpə qızçığazın vəhşicəsinə yandırılması buna sübutdur. Bizim çevik əməliyyatcılarımızın peşəkarlığı hiss olunmalıdır. Qurunun oduna yaş yanmamalıdır Pula görə , haqsızlığa görə cinayəti kiminsə
boynuna qoymaq düz deyil. İndi həbsxanalarda nə qədər günahsız insanlar cəza çəkir, işverənlərin məhkəmələrdə üzlərinə dirəndirilərək yatızdırılan bu insanların ahı günahkarları tutacaqdır. Bütün sahələrdə, xususilə huquq, prakurorluq, məhkəmə sistemində , sərhəd zastavalarında iran və rusiya vətəndaşları ilə əlbir olub
qacaqmalçılıqla məşğül olanlara nəzarəti güçləndirərək ciddi islahatlar aparılmalıdır.
Usaq pulları verməyən ölkənin tək oğul uşaqlarının bir başa cəbhəyə , sərhəddə xidmət etmələri nə dərəcədə duzdür
Mustəqillik o demək deyil ki əksər məmurlar haram yığdıqları milyonları xarici banklarda, dünyanın hər tərəfində daşınmaz əmlaklara yatırtmaqla ölkəyə bir manat da xeyir verməsinlər ?
Aprel döyüşlərində nə qədər tək oğullar şəhid oldular, bir nəslin , kökün qorunması dövlət tərəfindən qanuna uyğun tənzimlənməlidir .Tək ogulların nəsil davamı olmalıdir axı ? Sovet donəmində evin tək oğullarını hərbi xidmətə aparmırdılar, Əgər iki övladın vardısa, atanı hərbi xidmətdən azad edirdilər. Niyə bu qanunların üzərindən xətt çəkildi?
Gələcək deputatlar bu haqda ciddi düşünməli və milli məçlisdə xalqın xeyirinə məsələ qaldirmalıdırlar.

Rauf İlyasoğlu
Вернуться назад