Главная > Gundem > MSK sədri siyasi partiyalara müraciət edib

MSK sədri siyasi partiyalara müraciət edib


24-01-2020, 09:56. Разместил: djbaz
MSK sədri siyasi partiyalara müraciət edib

"Partiyalar seçki müddətində partiyadan çıxarılanlar barədə bizə məlumat verməlidir ki, onların həmin partiyaya üzv olduqları bülletenlərdə göstərilməsin".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. MSK sədri deyib ki, bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb: “Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq”.

MSK sədri həmçinin bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, səsvermə gününə azı 10 gün qalmış səsvermə bülletenlərinin çapına başlanılmalıdır: “Ona görə də bu məsələlər ən geci 29 yanvaradək həll olunmalıdır”.
Вернуться назад