Главная > Gundem > Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib

Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib


24-12-2019, 11:28. Разместил: djbaz
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbrikləri qəbul edin.

Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafı, həyata keçirilən kompleks islahatlar və ölkənin dünya arenasında müsbət imicinin möhkəmlənməsi Sizin adınızla sıx bağlıdır.

Dövlətlərimiz arasında etimada əsaslanan münasibətlərin çox yüksək səviyyəsinə və strateji xarakterinə böyük dəyər verirəm. Əminəm ki, Minsk ilə Bakının möhkəm dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan çoxşaxəli tərəfdaşlığı bundan sonra da uğurla inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, həmçinin qardaş Azərbaycan xalqının tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm”.
Вернуться назад