Главная > Gundem > Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir

Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir


7-12-2019, 13:22. Разместил: djbaz


“ Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar son dövrlər ölkəmizdə aparılan islahatlar, kadr dəyişiklikləri, yeni düşüncəli, kreativ insanların vəzifəyə təyin olunması və ümumilikdə ölkədə gedən bütün inkişafın, quruculuq işlərinin fonunda gözlənilən idi”. Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı tendensiyanın əslində bir çox ölkələrdə də mövcud olduğunu deyən J.Əliyeva vurğulayıb ki, lakin parlamentin öz fəaliyyətini məhz ölkədə gedən böyük işlərə adekvat şəkildə qurmaq istəyi növbədənkənar seçkilərə getməsi, sağlam mövqe, dövlətin, dövlətçiliyin yanında olmaq deməkdir. Onun fikrincə, bu, şəxsi maraqların deyil, ümummilli maraqları qorumaq deməkdir.

J.Əliyeva atılan addımın təqdirəlayiq olduğunu qeyd edərək söyləyib ki, hər gün yenilənən, dəyişən, ölkənin bütün sahələrində olduğu kimi bu günə qədər xalqına, dövlətinə xidmət göstərən Azərbaycan parlamentinin də yenilənməsinə ehtiyac var.
Вернуться назад