Главная > Gundem > Şəhidlərimiz bizi bağişlayacaqmı ?

Şəhidlərimiz bizi bağişlayacaqmı ?


21-11-2019, 09:53. Разместил: djbaz

Şəhid anasi, bibim də dünyasını dəyişdi.

.Bu gün səhər Ağdamın Quzanlı qəsəbəsindən qardaşım Qarabağ müharibəsi əlili Vaqif Allahverdiyev mənə zəng edərək açı bir xəbər yetirdi : Rauf , Mingəcevirdən Arif zəng etmişdi .Şəhid anası olan Tamara bibimiz dünyasını dəyişdi.
Mən Agdamdan yola duşdüm , dəfnə çatam. Bibim Qubadlı rayonunun Yuxarı Həmzəli kəndində ( qədim adi Şıxavadir, bəzən Şıx oba da deyilir ) yaşayırdılar. Kənddə tutün əkilir, çamaat heyvandarlıqla məşğul olurdular. Bibimgilin yüzdən çox qoyun və keçisi , beş alti baş sagılan inəyi , camışı , yüzlərlə toyuq çücəsi, hinduskasi , ordək və qazı var idi. Bostanlarında bol məhsul yetisdirərdilər. Bol bəhrəli kəndimizə yay ayları gedər, gah babam gildə, gah da bibim gildə qalardıq. Qazanlarda yığılan qatıqlarda barmaq yoğunluğunda qaymaq olardı. Qatığı bıçaqla kəsərdik.
Kəndimizin sol sahilində axan Həkəri çayında uşaqlarla birlikdə çimər, hər gün dadlı, tamlı qizıl baliq tutar, elə çayın kənarında da böyurtkən kollarından şiş düzəldib kabab çəkərdik. Bəxtəvər günlər yaşayardıq. Ermənilər qapımızda nökər kimi işləyər, çörəyimizin qırintiları ilə dolanardılar.
Sən demə bu hiyləgər ermənilərin qəlblərindən torpaq iddiası geçirmiş. Yazığımız gəldiyi bu alçaq ermənilər axırda özümüzə qənim kəsildilər.
Hər qonağın ayağının altında qoç qurbanı kəsən kəndimizin 1988 ci ildən sonra növrağı dəyişdi. Erməni quldurları sərhədlərimizə soxulur ,gah camaatın mal heyvanın oğurlayır, gah da qarşısına çıxan türku qətlə yetirib tülkü kimi aradan çıxıb gizlənirdilər. Cəzasızlıqdan və ölkə rəhbərlərinin səristəsizliyindən ( Sovet imperiyasınınn qorxusundan) istifadə edən Rus ordusu erməni quldurları ilə birləşib əvvəlcə Ermənistanda yaşayan beş yüz mindən çox Azərbaycanlıları 1988 ci ildə öz dədə baba yurdumuzdan didərgin salaraq çoxlarını qətlə yetirdilər . Silahsiz, əliyalın camaat dolu evlərini qoyaraq qaçqın duşdülər , Dağları aşaraq Azərbaycana pənah gətirdilər.qarda, çovğunda dondular.
Çoxusu yolda dünyasını dəyişdi, neçəsi də vətən itkisinə dözmədi. Azğınlaşmış ermənilər sonra Azərbaycan kəndlərini yandırır, vahimə yaradır , döyüşən oğullarimızı arxadan güllələyirdilər.
1992 ci ildə bibim oğlu Nahid Həmid oğlu Əhmədov da19 yaşında şəhid oldu. Doyüş bölgəsində namərd gülləsinə tuş gəldi.
Bu hadisə hər birimizi çox kədərləndirdi. Həmid əminin qəddi əyildi.
İgid oğluna görə hec bir muavinət də ,heç bir imtiyaz belə almağı qüruruna siğişdırmadi. Beş ay əvvəl köçdü dünyadan. Tamara bibim həmin yas yerində məni görərkən deyirdi Qardaşım İlyası gətirin. Rauf, başına dönüm. Hanı qardaşım ? Məni də onun yanında dəfn edin. Tamara bibim elə bilirdi ki atam sağdır. Oğul itkisindən, tək qardaşının vəfatından ,vətən həsrətindən sarsıntı keçirmiş və gözləri doğma ellərimizi, kəndimizi, qoyun quzu mələsməsini , Həkərinin laylasıni sanki haraylayır və gözləri uzaqlara düyünlənirdi. Qəlbindən görən nələr kecirdi bibimin?
Oğul dağıni gormuş qaçqın köçkün, didərgin bibim. Nə baçın qalib, nə də qardaş səni ağlasın.
Bəlkədə Allah səni əzabdan qurtaribdir
Necəki anam atamın ayrıliğına beş ay da dözmədi. Sən də Həmid əmimin ayrılıgına beş ay da dözə bilmədin.
Elə bir gündə dünyanı dəyişdin ki, Azarbaycanın qeyrətli vətənpərvər oğulları vertalyotla Qarabağ səmasinda Qarakənd istiqamətində olarkən erməni quldurları tərəfindən terror torədilərək qətlə yetirdiyi seçmə oğullarımızı anma günündə sən də bir şəhid anası olaraq vətən həsrətli oğlun Nahidə qovuşdun.

Bilmirəm şəhidlər bizi bağişlayacaqmı ?

Ruhun şad olsun, şəhid anasi əziz bibim.

Rauf İlyasoğlu
Вернуться назад