Главная > Gundem > ŞƏHİD AİLƏSİNƏ DƏSTƏK OLAQ

ŞƏHİD AİLƏSİNƏ DƏSTƏK OLAQ


9-11-2019, 11:59. Разместил: djbaz

Kiçik yaşlarından ata nəvazişindən məhrum olan , kimlərinsə bu gün rahat pul qazanması üçün canından keçən Şəhidin qızı haray çəkir. Bu gün sabah bank onları evdən çıxaracaq. Xəstə anası küçələrdə qalacaq. Xalq Bank. Müştərilərin mənəviyyatı ilə oynayan bu bankın hərəkətləri pik həddinə çatmaqdadır. Onlarla şikayət , mövcud olan güzəştlərin tətbiq edilməməsi və s qanunsuzluqlar . Bu qanunsuzluqlarla üzləşən daha bir ailə. Xalq Bank Prezidentin Şəhid ailəsinə verdiyi evi əlindən alacaq.
4 il Ağdamda döyüşən və canını qurban verən atanın övladları : " indicə bank gəlib bizi çölə atacaq "- deyə səksəkəli yaşayır.
14802 manatdan 13275 manat ödənilib. Yerdə qalan məbləği 27 min manata qaldırıb Şişirdilmiş məbləğə görə Şəhid ailəsinin evini hərraca çıxarıb bank. Şəhidin ocağını alıb o evdə yaşamaq istəyən xeyir taparmı ? Hər birimiz bu işə etiraz etməliyik.. Torpaq uğrunda Şəhid olan Kişinin ailəsini bu qədər incitmək insanlığa sığan bir əməl deyil. Hərgah
Mingəçeviirdən seçilmiş və seçicilərinin qayğıları ilə maraqlanmalı olan millət vəkili Aydın Mirzəzadənin bu məsələyə kömək edəcəyinə inanmıram. ,Amma heç olmasa ölkə rəhbərliyinə bu məsələni çatdırmalı olduğunu, " "onu seçmiş" seçicinin hüququnu müdafiə etməyə borclu olduğunu ona bir daha xatırlatmaq istərdim. Şəhid ailəsi kömək istəyir!

Mehriban Sadıqova
Gün TV-nin təsisçisi
Вернуться назад