Главная > Gundem > “UŞAQLARIN XƏYALINDA SÜLH,MÜHARİBƏLƏRƏ SON”

“UŞAQLARIN XƏYALINDA SÜLH,MÜHARİBƏLƏRƏ SON”


6-10-2019, 21:40. Разместил: djbaz

İran İslam Respublikasının Azərbaycandaki Səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Uşaqların xəyalında sülh,müharibələrə son”adlı sərgi-tədbiri kəçirilib.
Arasinfo.com xəbər verirki,tədbirdə mədəniyyət mərkəzinin sədri Əsgər Farsi ,Xalq rəssamı,profesor ,ARİ-nin Qrafika şöbəsinin rəhbəri,ARİ-nın üzvləri,sərgi tədbirin layihə rəhbəri Elnurə İsgəndərova mətbuat nümayəndələri və diyər ziyalılar iştirak edib.
Tədbirin rəsmi hissəsində çıxış edən qonaqlar müharibələrin uşaqların gələcəyini məhv etdiyini vurğulayıb,onlar üçün sulhə çağırış ediblər.
Daha sonra sonra isə tədbirdə iştirak edən rəssamlardan Sevinç Hacıyeva,Afer Fəttahova,İslam Gülmaliyev,Elnare İskenderova mətbuat numayəndələrindən Kamran Orucov,Etibar Əliyev və şair publisist Fesih Alioğlu fəxri diplomla şagirtlər isə sertifikatlarla mükafatlandırılıblar.
Sərgi-tədbir rəsmlərin nümayişi ilə davam edib.

Fesih Alioğlu
Arasinfo.com /Baş redaktor



Вернуться назад