Главная > Gundem > Barış və dostluq festivalı

Barış və dostluq festivalı


5-10-2019, 22:45. Разместил: djbaz

Oktayabrın 2 də Azərbaycan İraq Mədəni Əlaqələr ( AİƏM) içtimai birliyinin sədri Tahirə Məmmədova başda olmaqla , içtimai birliyin mətbuat xidmətinin rəhbəri ,şair - publisist Rauf İlyasoğlu , birliyin üzvüləri şair Püstə Rəvan ,Azərbaycan Milli Konservatoriyasının tələbəsi Şəhram Sadiqovla birlikdə Bakıdan Ankaraya yola düşdük. 36 saatlıq bir məsafəni avtobusla qət etmək olduqca çətin olsa da Fəthiyə şəhərindəki festivala qatılmaq , öz milli adət - ənənələrimızi təbliğ etməkdən şərəf duyduq.
Barış və sülh adlı festivalda ,Turkiyənin, Azərbaycanın, İngiltərənin, Yunanistanın qələm sahibləri və incəsənət xadimlərini də iştirak edəcəklər.
Onu da qeyd edim ki Tahirə Məmmədova Azərbaycandan çoxlu suvenirlər, ktablar, qəzetlər qonaqlara hədiyyə edəcəkdir. Azərbaycanın Bayraqları ilə tədbirlərə qatılmaqla milli bayrağımızı şərəflə ucaltmaqdan şərafətlənəcəyik.
İngiltərədən, Yunanistandan, Turkiyədən, Azərbaycandan və digər dövlətlərdən gəlmiş ziyalılar, incəsənət xadimləri də istirak edəcək, şairlər şeir söyləyəcəklər.
36 saat yol qət etdikdən sonra Ankaraya günorta radələrində çatdıq. Ankarada oxuyan azərbayvanlı tələbə magistr Vuqar Allahverdiyev bizi qarşıladi və gecə saat 10-00 da Ankaradan Fethiyə şəhərinə bilet alaraq bir neçə saat paytaxtın görməli yerlərini gəzdik.Bizi isə qarşıda daha uğurlu görüşlər gözləyir.
Azərbaycan İraq Mədəni Əlaqələr ictimai birliyininnTurkiyə üzrə təmsilcisi , şair , qəzetəçi yazar Mustafa Taner isə yolumuzu gözləyərək təşkilatı işləri həyata keçirir .

Rauf İlyasoğlu



Вернуться назад