Главная > Gundem > Əli Əhmədov: Bilgəh sosial xidmət müəssisəsi sözün həqiqi mənasında yaxşı bir istirahət evini xatırladır

Əli Əhmədov: Bilgəh sosial xidmət müəssisəsi sözün həqiqi mənasında yaxşı bir istirahət evini xatırladır


2-10-2019, 09:37. Разместил: djbaz

“Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəhdə ahıl şəxslər üçün sosial xidmət müəssisəsini (el arasında ahıllar evi adlanır) ziyarət etdik. Burada yaşayan insanları sağlam və gümrah görüb çox şad oldum. Bilgəh sosial xidmət müəssisəsi sözün həqiqi mənasında yaxşı bir istirahət evini xatırladır. Hər çür şəraiti var, həm də tam dövlət təminatındadır”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində paylaşıb.

Əli Əhmədov bildirib ki, Bilgəhdəki ahıllar evinə ziyarətim ilk dəfə deyil. Neçə illərdir fürsət düşəndə gəlirik, görüşürük. Çoxunu tanıyıram. Yaşayışlarından məmnundurlar, heç nədən korluq çəkmirlər. Heç zaman nədənsə şikayətlərini eşitmədim. Onlara göstərilən diqqət və qayğıya görə dövlətə, Prezident İlham Əliyevə, Mehriban xanıma minnətdarlıqlarını dönə-dönə ifadə edirlər.

“Sosial işçilərin xidmətini, həssaslığını ayrıca qeyd etmək istəyirəm. Hər biri ahıllara öz döğmaları kimi baxır, qulluq göstərirlər. Həmişə hiss etdiyim bir şeyi də demək istəyirəm: buradakı ahıl insanlar özlərini artıq yeni, böyük bir ailənin üzvləri sayırlar. Deməli onlar tək deyil. Ömrün ahıl çağını rahat, qayğılardan azad yaşayırlar. Onlara və bütün ahıllarımıza can sağlığı və uzun ömür arzulayıram”-deyə, Baş nazirin müavini vurğulayıb.


Вернуться назад