Главная > Gundem > YAP Suraxanı rayon təşkilatı Beynəlxalq Ahıllar Günü münasibətilə sosial aksiya keçirib

YAP Suraxanı rayon təşkilatı Beynəlxalq Ahıllar Günü münasibətilə sosial aksiya keçirib


30-09-2019, 19:56. Разместил: djbaz

1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəalları rayon ərazisində yaşayan yaşlı və aztəminatlı sakinlərin evlərinə gedərək onlarla görüşüb.

Görüş zamanı partiya təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəalları ahıl sakinlərin qayğıları ilə yaxından maraqlanmış, onların gündəlik ehtiyacalarını öyrənmişdir. Layihə çərçivəsində rayon partiya təşkilatı tərəfindən ahıl sakinlərimizə bayram sovqatı təqdim edilmişdir.
YAP Suraxanı rayon təşkilatı Beynəlxalq Ahıllar Günü münasibətilə sosial aksiya keçirib



Вернуться назад