Главная > Gundem > "Azərenerji" iyulda elektrik enerjisinin ixracını kəskin artırıb

"Azərenerji" iyulda elektrik enerjisinin ixracını kəskin artırıb


3-08-2019, 18:25. Разместил: djbaz
"Azərenerji" iyulda elektrik enerjisinin ixracını kəskin artırıb

Bu ilin iyul ayında “Azərenerji” ASC 2,13 mlrd. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 50 mln. kVt-saat və ya 2,4 % çoxdur.

“Azərenerji”dən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin iyul ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb.

Məlumata əsasən, ötən ilin iyul ayında qonşu dövlətlərə 10,4 mln. kVt-saat elektrik enerjisi ixrac edildiyi halda, bu il 101,8 mln. kVt-saat elektrik enerjisi ixrac edilib (demək olar ki 10 dəfəlik artım).
Вернуться назад