Главная > Gundem > 08 İyul - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016 - cı ildə aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmiş Sərvan Mehralıyevin anım günüdür!

08 İyul - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016 - cı ildə aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmiş Sərvan Mehralıyevin anım günüdür!


8-07-2019, 15:05. Разместил: djbaz

08 İyul - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016 - cı ildə aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmiş Sərvan Mehralıyevin anım günüdür!
. Əslən Xocalı rayonundan olan Sarvan Natiq oğlu Mehralıyev 08 iyul 1997 - ci ildə Ağdam rayonunun Ballar kəndində anadan olub. Sarvan Mehralıyev 2014 - cü ildə Pirallahı rayonunda yerləşən 186 saylı tam orta məktəbi bitirib.
. Əsgər Sarvan Mehralıyev 2016 - cı ilin aprel ayında Azərbaycan - Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
. 03 aprel isə Sarvan Mehralıyev Ağdam rayonunun Üçoğlan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mehralıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
.
Вернуться назад