Главная > Gundem > Millət Vəkili Adil Əliyev: Qüdrətli Ordumuz,Qüdrətinlə Böyü, Yaşa, Var Ol!

Millət Vəkili Adil Əliyev: Qüdrətli Ordumuz,Qüdrətinlə Böyü, Yaşa, Var Ol!


26-06-2019, 14:31. Разместил: djbaz

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündür. Artıq 21 ildir ki ölkəmizdə bu tarixi gün təntənəli şəkildə qeyd edilir. 1918-ci ildə Azərbaycan xalq cumhuriyyəti dövründə general Səməd bəy Mehmadarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusu yarandı. Tarixə yeni gün yeni imza atıldı və tarixin növbəti zərbəsini yaşasıq. Milli ordu yalnız 23 ay müstəqilliyimizin keşiyində dura bildi. Taleyimizə daha bir işğal alnımıza müstəmləkə yazıldı.
1920-ci ilin aprelində Sovet işğalıdan sonra milli ordu ləğv olundu. Və 70 il sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 1991-vi ildə Azərbaycan respublikasının ali soveti milli ordunun yaradılması haqında qerar verdi. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ildə Ulu Öndər Heyder Əliyev tərəfindən qoyuldu. Pərakəndə milli bataliyonlardan bir mərkəzdən idarə edilən vahid komandanlığa tabe olan,müasir hərbi elminin tələblərinə cavab verən, qarşısna qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik beynəlxalq səviyyəli milli ordu yaratdı Ulu öndər . Bu gün Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət qayğı nəticəsində ordumuz daha da güclənir. Azərbaycan ordusu qısa müddətdə böyük uğurlar qazanıb. Azərbaycan silahlı qüvvələri bu gün yüksək döyüş hazırlığna malik və peşəkar hərbi texniki vərdişlərə dərindən yiyələnmiş savadlı,vətənpərvər kadrlardan ibarətdir. Bu gün ordumuz qafqazda ən müasir ordu hesab olunur. Qüdrətli Azərbaycan ordusu! 100 il öncə bir xalqın xəyalı idinsə bu gün fəxr ediləcək reallığısan. Bu gün qarşıda bir vəzifə durur- Azərbaycanın ərazi bütövluyunu bərpa etmək. Azərbaycan xalqı ordusuyla fəxr edir və hər zaman arxasındadır. Azərbaycanın silahlı qüvvələri ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qarantidir. Qüdrətli Ordumuz,Qüdrətinlə Böyü, Yaşa, Var Ol!


Adil Əliyev






Вернуться назад