Главная > Gundem > Silahlı Qüvvələrin yaranmasına həsr edilmiş yarış keçirildi

Silahlı Qüvvələrin yaranmasına həsr edilmiş yarış keçirildi


26-06-2019, 14:18. Разместил: djbaz
Azərbaycan Respublikası "Silahlı Qüvvələrinin yaranması günü"nə həsr olunmuş sərbəst güləş üzrə Beyləqan şəhərində açıq birincilik keçirilib. 22 iyun, 2019 cu il tarixdə keçirilən yarışda müxtəlif rayonlardan 6 dan çox komanda iştirak edib. 23 kq çəki çəki dərəcəsindən 79 kq çəki dərəcəsinə qədər çəkidə olan güləşçilər öz güclərini sınadılar. Yarışda öz xüsusi fəallığı ilə Abşeron İdman məktəbinin idmançıları seçilmişdir. Abşeron rayon Masazır qəsəbəsinin Güləş Məktəbinin müəllimi Hafiz Xələfovun rəhbərliyi ilə iştirak edən tələbələr yarışdan yüksək əhval-ruhiyyə ilə ayrılıblar. Kuboku da məhz Masazır güləşçiləri qazanıb, 8 nəfər 1 ci yerə, 12 nəfər 2 ci yerə, 6 nəfər də 3 cü yerə çıxaraq diplom və medallarla təltif olunublar.

Tural İrfan
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Вернуться назад