Главная > Gundem > Gənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"

Gənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"


23-06-2019, 12:55. Разместил: djbaz

Nurlana xanım, siz həm görkəm, həm də savad baxımından sayılıb-seçilən kardioloqlardansınız. Kənardan baxanlar sizin barənizdə nə düşünürlər?

- Kənardan baxanlar mənə qibtə edirlər. Xüsusən də əks cinsin nümayəndələrinin diqqət mərkəzindəyəm. Həmişə demişəm ki, kim paxıllığımı çəkirsə, çəksin. Heç kim mənə bir şey edə bilməz. Allah məni qoruyur.

- Sizə nəsə edə biliblərmi?

- Heç nə edə bilməyiblər. Bir misal var, deyirlər ki, milçək bir şey deyil, sadəcə olaraq, ürək bulandırır.

- Kişilərin baxışı sizi narahat edirmi?

- Bəli, edir. Çünki həddindən artıq olanda adam əsəbiləşir.

- Bəs özünüz kiməsə yapışırsınızmı?

- Hər adama yox.

- Daha çox yandırırsınız, yoxsa yanırsınız?

- Yəqin ki, yandırıram. Amma özüm yananda çox pis yanıram.

- Qurununu oduna yanmısınızmı?

- Yanmamışam. Çünki ətrafımda çox adam saxlamıram.

- Estetik əməliyyata ehtiyac varmı sizdə?

- Elə düşünürlər ki, mən estetik əməliyyat etdirmişəm. Hələ ki, buna ehtiyacım yoxdur.

- Geyim baxımından kompleksiniz varmı?

- Daha çox brend geyimlərə üstünlük verirəm.

- Öz ürəyinizin “xəstəliyinin” nə olduğunu bilirsiniz?

- Məni özünə sevdirən adam hələ ki, olmayıb. Həyatda bir kişi kimi bircə idealım var. O da atamdır.

- Siz həm işdə, həm də sosial həyatda çox fəal birisiniz? Bu, nədən irəli gəlir?

- Bəli, fəal insanam, enerjiliyəm. Mənim enerjim o zaman tükənəcək ki, onda deyəcəyəm ki, xəstələnmişəm.

- Yadınızdan çıxmayan gecə hansıdır?

- Xocalı faciəsinin olduğu gecə. Düzdür, o gecəni görməmişəm, amma baxanda dəhşətə gəlirəm.

- Ağ xalatı əyninizə geyinəndə özünüzü necə hiss edirsiniz?

- Ağ xalatı çox sevirəm. Bəzən heç əynimdən çıxartmaq istəmirəm. Xalatı geyinəndə insanlara qayğı və diqqət hiss edirəm. İstəyirəm ki, hər kəs sağlam olsun. Bacardığım qədər insanlara kömək etmək istəyirəm. Ağ xalatı geyindikdə arzularıma çatdığımı düşünürəm. Bir də düşünürəm ki, həkimlik ən uca bir zirvədir, mən də onu fəth etmişəm. Kimsə mən “doktor” deyə müraciət etdikdə, fərəhlənirəm. Bacardığım qədər vicdanlı olmağa çalşıram. Hər gün yatanda özüm-özümə hesabat verirəm.

- Siz aksiyalarda da iştirak edirsiniz...

- Bəli, bu işdən zövq alıram. Aksiyalarda iştirak edib insanları təmənnasız müayinə etmək mənə zövq verir.

- Lazım olan adamların iynəsini vura bildinizmi?

- Bəli, iynə vurmağa yaxşıyam (gülür).

- Bəs sizin özünüzü hansı iynə incitdi?

- Bəzən olur ki, insanlar arasında haqsızlıqlar olur. Məni tanımayanlar bəzən nəsə etmək istəyirlər, amma qarşısını alıram. Mənim iynəmi vuran olmayıb.

- Bu sahədə qabağa getmək üçün arxadan itələnmək lazımdırmı?

- Məni itələyən olmayıb. Özüm öz yolumu tapıb getmişəm.

- Başınız girməyən yerə burnunuzu soxmusunuz?

- Çox soxmuşam. Amma bunu peşəkarcasına etmişəm. Bəzən burnum girməsə də , məcburi şəkildə soxuram (gülür).
Вернуться назад