Главная > Gundem > Millət Vəkili Adil Əliyevin təşkilatçiliği ilə iftar süfrəsi açılıb.

Millət Vəkili Adil Əliyevin təşkilatçiliği ilə iftar süfrəsi açılıb.


7-06-2019, 11:05. Разместил: djbaz
Millət Vəkili Adil Əliyevin təşkilatçiliği ilə iftar süfrəsi açılıb.

Deputat Adil Əliyev müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi qazilərinin, idmançıların, deputatların, sənətçilərin və digər ictimai şəxslərin iştirakı ilə iftar süfrəsi təşkil edib.

Iftar süfrəsində həmçinin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib. İftar süfrəsində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.

Təşkil olunan tədbirdə iştirak edənləri salamlayan A.Əliyev Allahdan oruc tutan insanların oruc və niyyətlərinin qəbul olunmasını arzulayıb.
A.Əliyev bu müqəddəs Ramazan ayında dəvətli olan qonaqları ilə birgə iftar süfrəsində iştirakından məmnun olduğunu söyləyib. A.Əliyev imkanlı şəxslərin müqəddəs Ramazan ayında iftar süfrəsi açaraq, dostları, yaxınları, dəyərli insanları bir araya gətirməyin savabından danışıb.

O, bildirib ki, bunu bir ənənə olaraq davam etdirmək lazımdır:

"Dəvətimi qəbul edib gəldiyiniz üçün hamınıza təşəkkür edirəm. Arzu edirəm ki, bu müqəddəs ayda hamınızın orucu, niyyətləri və duaları qəbul olunsun. Qoy, bu müqəddəs Ramazan ayı hər birimizə uğur gətirsin. Hamımıza bəllidir ki, Ali baş komandan şəhid ailələrimizin yanındadır. Cənab prezident şəhid ailələrimizin, qazilərimizin sosial həyatını yaxşılaşdırmaq üçün əlindən gələni edib, sərəncamlar imzalayır. Şəhidlərimizin qiyməti göylərdə verilib. Şəhidlərimiz və onların ailələri bizim üçün çox dəyərlidir. Biz də bir vətəndaş olaraq hər zaman onların yanındayıq".

Çıxışı zamanı A. Əliyev qonaqlardan şəhidlərimizin ruhunu bir dəqiqə sükutla yad etməyi də xahiş edib.

Daha sonra çıxış edən Hacı Şahin Həsənli də belə bir məclis təşkil etdiyi üçün Adil Əliyevə təşəkkürünü bildirib. Hacı Şahin Ramazan ayının fəziləti, üstünlüyündən danışıb. O, bildirib ki, Ramazan ayının fəziləti, üstünlüyü oruca görə deyil, Qurani-Kərimin bu ayda nazil olmasına görədir. O, şəhid ailələrini, qaziləri də salamlayaraq şəhidlər haqqında mövcud hədislərdən, islam peyğəmbərinin kəlamlarından misallar çəkib.

Tədbirdə ideya müəllifi Adil Əliyev olan aprel şəhidi Orxan Həmidov haqqında film nümayiş etdirilib.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bidirib ki, Ramazan ayı bizləri bir-birinə yaxınlaşdıran aydır:

"Biz burada təkcə yeməyimizi deyil, eyni zamanda dostluğumuzu da paylaşaraq, gücləndiririk. Türkiyənin sevinci həm də Azərbaycanın sevincidir. Eləcə də Azərbaycanın sevinci və acısı həm də bizim sevincimiz və acımızdır. Bizlər şəhid və qazilərimizə çox şey borcluyuq. Buna görə də bizi şəhid ailələri, qazilərimizlə görüşdürdüyü üçün dəyərli qardaşım Adil Əliyevə təşəkkür edirəm. İnşallah bu iftar süfrələrini Şuşada, Laçında, Füzulidə, Zəngilanda da açarıq".

Tədbirdə Orxan Həmidov haqqında filmin video diski onun ailəsinə təqdim edilib. Şəhidin anası Tamilla Həmidova onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Millət Vəkili Adil Əliyevin təşkilatçiliği ilə iftar süfrəsi açılıb.

Millət Vəkili Adil Əliyevin təşkilatçiliği ilə iftar süfrəsi açılıb.

Millət Vəkili Adil Əliyevin təşkilatçiliği ilə iftar süfrəsi açılıb.

Вернуться назад