Главная > Gundem > Dövlət Yol Polisi Avroliqanın finalı ilə bağlı sürücü və sərnişinlərə müraciət edib

Dövlət Yol Polisi Avroliqanın finalı ilə bağlı sürücü və sərnişinlərə müraciət edib


20-05-2019, 09:27. Разместил: djbaz
Dövlət Yol Polisi Avroliqanın finalı ilə bağlı sürücü və sərnişinlərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək finalı ilə bağlı tədbirləri açıqlayıb.

ONA-nın xəbərinə görə, final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən Bakıya gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirilir: “Bununla əlaqədar Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədi ilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza carı ilin may ayının 27-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edirik. Sumqayıt sakinləri isə avtobuslarla yanaşı Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər. Xatırladırıq ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi minik avtomobilləri ilə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər. Eyni zamanda paytaxt sakinlərindən həmin müddət ərzində fərdi nəqliyyat vasitələrdən mümkün qədər az istifadə etmələrini, xüsusilə Bakı şəhərinin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələrini tövsiyə edirik”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının “Arsenal”-“Çelsi” futbol klublarının iştirakı ilə final oyunu keçiriləcək.


Вернуться назад