Главная > Gundem > Fuad Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib

Fuad Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib


13-05-2019, 13:12. Разместил: djbaz
Fuad Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Fuad Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Fuad Ələsgərov Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiridir. Sabah onun 60 yaşı tamam olur.


Вернуться назад