Главная > Gundem > MTRŞ-dən YENİ KANALla bağlı xəbər

MTRŞ-dən YENİ KANALla bağlı xəbər


23-04-2019, 11:09. Разместил: djbaz
MTRŞ-dən YENİ KANALla bağlı xəbər
“Yaxın günlərdə yerüstü yayımla fəaliyyətə başlayacaq yeni xəbər kanalının paketlərdəki yeri dəqiqləşdirilib, regionlarda qoşulacağı stansiyalar müəyyən olunub”.

Djb.az xəbər verir ki, bunu ONA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.

Şöbə müdiri qeyd edib ki, yeni xəbər kanalının yayımının yüksək keyfiyyətlə həyata keçirilməsi üçün onun Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında verilməsi planlaşdırılır: "Eyni zamanda HD formatını dəstəkləməyən televizorlar tərəfindən bu kanalın qəbulunun mümkün olması üçün paralel olaraq Bakı şəhəri və Abşeron yarımadasında SD formatında yayımlanması nəzərdə tutulub".

Xatırladaq ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan edib. “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “TV-Media Azerbaijan” MMC və “RTV” MMC müsabiqə üçün sənədlərini təqdim edib. Müsabiqənin nəticələrinə teleradio yayımı sahəsində qanunvericiliyin tələbinə əsasən Şura iclasında baxılacaq.
Вернуться назад