Главная > Gundem > Elman Eldaroglu Təbrik edir

Elman Eldaroglu Təbrik edir


17-04-2019, 11:48. Разместил: djbaz
Elman Eldaroglu Təbrik edir
Heyif ki, bu təbriki yazarkən kompyuterimə əlim çatmır, məndən çox uzaqdadır. Telefonla yazmalı oldum. Telefonla uzun-uzadı yazmaq isə mənim üçün çətin olduğundan çalışacam ki, fikirlərimi qısa bir mətndə təqdim edim...Bəlkə də iyirmi ildir ki, mən Onu tanıyıram. Ömür-gün yoldaşı, eloğlum-həmşirəm, tibb elmləri namizədi Mayıl Tağıyevlə hər görüşəndə onunla eyni klinikada həkim işləyən bu xanımla da üz-üzə gəlmişik. Nədənsə Azərbaycan qadınının əsl obrazını mən onun timsalında görürürdüm. Çox sadə, mehriban, qayğıkeş və ciddi xanımdır...
Mayıl həkim xasiyətcə bir az çılğındır, necə deyərlər, azad düşüncəli insandır. Xoşu gəlmədiyi münasibətə sərt cavab da verə bilir. Hələ bircə dəfə də olsun Natavan xanımın həyat yoldaşının söhbətinə qarışdığının, hər hansı bir fikir ifadə etdiyinin şahidi olmamışam. Həmişə əslzadələrə xas olan davranışı ilə nümunə göstərib...
Dilimizdə “gəlin” ifadəsi vardır. Natavan xanım da bizim Yardımlı ailəsinin gəlinidir. Öz aramızda Onu BÖYÜK GƏLİN də adlandırır, bacı qədər xətrini çox istəyirik. Bir sözlə, bu gün böyük gəlinimizin, əziz bacımızın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
Doğum gününüz mübarək, Natavan həkim, əziz bacımız!


Hörmətlə Elman Eldaroğlu,
San Fransisko
Вернуться назад