Главная > Gundem > ZƏFƏRƏ İMZA ATANLAR

ZƏFƏRƏ İMZA ATANLAR


6-04-2019, 09:28. Разместил: djbaz
ZƏFƏRƏ İMZA ATANLAR

Aprel ayını mən Şərəf və Zəfər ayı kimi qəbul edirəm. Baxmayaraq ki, aprel ayında çox qısa zaman kəsiyində yüzlərlə igid oğullarımızı itirdik. Yüzlərlə igidlərin minlərlə sevənləri ağlar qaldı. Beləcə arzuları və gözləri yarı yolda qalan gənc qızlarımız, gəlinlərimiz körpələrini qoynuna alaraq atasız böyütmək məcburiyyətində qaldılar. Amma onlar fəxr edirlər ki, canlarından çox sevdikləri həyatlarını Ana Vətən üçün qurban verdilər.
Aprel döyüşlərindən artıq 3 il keçməsinə baxmayaraq hər il Aprel ayı eyni həyəcan yaşanır. Hər kəs o günlərin ağrısınıda qürurla xatırlayır. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada Aprel şəhidi olmasın. Rayon və şəhərlərimizdə silsilə tədbirlər keçirilir. Nefçala rayonu da hər il olduğu kimi ənənəyə sadiq qalaraq Şəhidlər üçün salınmış parkda Aprel şəhidlərinin 3-cü il dönümünü məhz Nefçala rayonun XTQ- nin Şəhidi qəhrəman gizirimiz Elimdar Səfərovun Şəhidlik zirvəsinə qovuşduğu günə təsadüf edildi.
Şəhidimiz ELİMDAR Səfərovun il dönümündə Nefçala Rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimayyəti Şəhid ailələri, müharibə veteranları, ehtiyyatda olan zabitlərimiz və qazilərimiz iştirak edirdilər.
Tədbirin hazırlanmasında əməyi olan ilk XTQ əsgərlərindən biri olan Vətənpərvər şəhid analarının oğlu adını qazanmış Elman Əsədullayev, şəhidin qardaşı Elzibar Səfərovun əməyi danılmazdır.
Hər zaman qayğı və diqqətləri ilə şəhid ailələrinin yanında olan ehtiyatda olan zabitlərimizdən polkovnik Xətai Baxişov, Hikmət Ağayev tədbirdə iştirak etdilər.
Biz isə bir kollektiv olaraq hər zaman belə addımlar atmağı özümüzə borc bilirik.

Almaz İlahə Əhmədova
ZƏFƏRƏ İMZA ATANLAR
ZƏFƏRƏ İMZA ATANLAR
ZƏFƏRƏ İMZA ATANLAR
ZƏFƏRƏ İMZA ATANLAR
ZƏFƏRƏ İMZA ATANLAR
ZƏFƏRƏ İMZA ATANLAR
ZƏFƏRƏ İMZA ATANLAR

Вернуться назад