Главная > Gundem > Dünya Azərbaycanlılarının soyqırım günü və Kəlbəcərin işğalının növbəti ildönümü münasibətilə tədbir keçiriləcək!

Dünya Azərbaycanlılarının soyqırım günü və Kəlbəcərin işğalının növbəti ildönümü münasibətilə tədbir keçiriləcək!


26-03-2019, 20:47. Разместил: djbaz
Dünya Azərbaycanlılarının soyqırım günü və Kəlbəcərin işğalının növbəti ildönümü münasibətilə tədbir keçiriləcək!

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Tərəqqi"medalının mükafatçısı Şamil Sabiroğlunun verdiyi məlumata görə aprelin 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Dünya Azərbaycanlılarının soyqırım günü və Kəlbəcərin işğalının növbəti ildönümü münasibətilə tədbir keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, Qeyri-Hökumət təşkilatlarının nümayəndələri və tələbə-gənclər iştirak edəcək.
Mərasimdə 1918-ci ilin mart hadisələri xatırlanacaq, Kəlbəcərin işğalı ilə əlaqədar arxiv materialları nümayiş olunacaq, şahidlərin çıxışları dinlənəcək.
Mərasim iştirakçıları həmçinin Bakıdakı I Şəhidlər Xiyabanını ziyarət edəcəklər.


Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
III kurs tələbəsi.
Dünya Azərbaycanlılarının soyqırım günü və Kəlbəcərin işğalının növbəti ildönümü münasibətilə tədbir keçiriləcək!

Вернуться назад