Главная > Gundem > ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN “ŞÜCAƏTƏ GÖRƏ” MEDALINA LAYİQ GÖRÜLMÜŞ İLK HƏRBÇİ MAYOR AQŞİN ABDULLAYEV

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN “ŞÜCAƏTƏ GÖRƏ” MEDALINA LAYİQ GÖRÜLMÜŞ İLK HƏRBÇİ MAYOR AQŞİN ABDULLAYEV


25-02-2019, 14:13. Разместил: djbaz
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN “ŞÜCAƏTƏ GÖRƏ” MEDALINA LAYİQ GÖRÜLMÜŞ İLK HƏRBÇİ MAYOR AQŞİN ABDULLAYEV
Aqşin İsmayıl oğlu Abdullayev 01 oktyabr 1982 – ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1988 – ci ildə Şəki rayonu, 4 saylı Kiş kənd orta məktəbinə 1 – ci sinfə daxil olmuşdur. Məktəb illərindən onun arzusu hərbçi olmaq idi. 1999 – cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2003 – cü ildə Ali Məktəbi qurtarmış və növbəti bir ildə TTM – də təhsil almışdır.
. Aqşin Abdullayev 2003 – cü ildə leytenant, 2005 – ci ildə baş leytenant, 2009 – cu ildə kapitan və 2013 – cü ildə mayor hərbi rütbələrini almışdır. 2004 – 2017 ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərmişdir. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi olmuşdur. Xidmət illərində göstərdiyi şəxsi şücaətinə, nümunəvi xidmətinə görə çoxlu sayda medal və fəxri-fərmanlarla təltif olunmuşdur. Xidməti boyu qüsursuz xidmət göstərən mayor Abdullayev “Qüsursuz Xidmətə Görə” 3 – cü dərəcəli (10 illik qüsursuz xidmət) və “Qüsursuz Xidmətə Görə” 2-cü dərəcəli (15 illik qüsursuz xidmət) medalları ilə təltif olunmüşdur. O həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918 – 2008)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918 – 2013)” Yubiley medalları ilə təltif edilmişdir. 2016 – ci ilin aprel döyüşləri zamanı – şəxsi heyətin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə fəxri-fərmanla təltif olunmuşdur. Mayor Aqşin Abdullayev 25 fevral 2017 – ci ildə, 34 yaşında Fevral döyüşləri zamanı şəhid oldu. Nəşinin neytral zonadan götürülməsi üçün erməni təcavüzkarlarının ağır şərtlər irəli sürməsinə baxmayaraq fevralın 27 – də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. 28 fevralda isə Aqşin Abdullayev doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə on mindən yuxarı rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, respublikanın müxtəlif bolgələrindən gəlmiş vətəndaşlarımız və şəhidin tabeliyində xidmət göstərmiş əsgərləri qatılmışdı. Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşaiyəti ilə keçən dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Abdullayev uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.
Aqşin 2004 – cü ildə ailə həyatı qurmuşdur. Onun Amin, Nərmin və Ömər adlı üç övladı var.

Almaz İlahe Ehmedova
Вернуться назад