Главная > Gundem > ŞƏHİDİN HƏYAT YOLDAŞI MƏZARA ONUNLA BİRGƏ GİRƏRƏK DƏFN OLUNMASIN TƏLƏB ETDİ

ŞƏHİDİN HƏYAT YOLDAŞI MƏZARA ONUNLA BİRGƏ GİRƏRƏK DƏFN OLUNMASIN TƏLƏB ETDİ


28-01-2019, 15:38. Разместил: djbaz
ŞƏHİDİN HƏYAT YOLDAŞI MƏZARA ONUNLA BİRGƏ GİRƏRƏK DƏFN OLUNMASIN TƏLƏB ETDİBu gün oxucularıma söhbət açacağım I- Zabrat qəsəbəsi Frunze küçəsi 3-də yaşayan Şərbətova Safurə Əmiraslan qızının həyat hekayəsini sizlərin nəzərinə çatdırmaq istəyirəm.
Onunla görüşümüzə Yutube kanalında olan vidieo sujet səbəb oldu. İzlədiyimiz kadrları paylaşdıqdan sonra sosial şəbəkədən məlumatlanaraq bir çox Vətənpərvər vicdanlı insanlar Şəhid ailəsinə yardıma getdilər. Səfurə ananın çıxışı qəlbləri yandırmışdı bir çox insanlar Şəhid ailəsinə dəstəy olmaq üçün onlara azüqə aparmışdılar. Amma məsələ köklü həllini tapmaq üçün onların yardıma ehtiyacları vardı. 8 nəfərdən ibarət olan ailə 1 otaqlı evdə yaşayırdılar. Amma onada ev demək olarsa. Səfurə anaya yardıma gedən Seyid Elman, Şəhid oğlu Xəyal Rəşid Bağırov onu və ailəsini ilk öncə soyuq nəmişlikdən ibarət olan adı ev olsada ilk baxışdan xarabalığı xatırladan, insanın yaşamayacağı bir komadan onları çıxarmaq ibi. Elman qardaşın məqasəd ilk öncə ananı və nəvələrini 3 saylı xəstəxanaya apararaq ilkin yardımı elətdirmək sonra isə isti bir evə yerləşdirmək idi. Seyid Elman yenədə öz evinə və hər zaman Şəhid ailələrinin yardımına əl uzadan xanımına güvənərək Səfurə ananı və nəvələrini öz evinə yerləşdirdiyi xəbərini mənə çatdırdılar.
Mən Səfurə ananı ziyarətə getdim. Onunla olan söhbətimizi olduğu kimi oxucularımıza çatdırmaq istəyirəm. Həyat yoldaşım Şərbətov İsmayıl Seyid oğlu Ağdarənin Qızılqaya kəndində torpaqlarımızı mənfur düşməndən qoruyurdu.
1992 -ci ilin oktyabr ayını 31-i həyat yoldaşımın şəhid olduğunu bildim. Onun cənazəsini gətirdilər, 36 yaşım vardı 4 xəstə övladla qaldığımı dərk etdikdə yaşamaq istəmədim. Sanki o an qarşıda yaşayacağım qarşılaşacağım müsubətləri hiss edirdim. Həyat yoldaşım Şərbətov İsmayıl Seyid oğlunu Şəhidlər xiyabanında dəfn edərkən məzara girdim və mənimdə onunla dəfn olunmağımı tələb etdim. Həyat yoldaşımın yanına uzandım. Üstümü torpaqlayın dedim. Axı mən evdar qadın olaraq 4 xəstə az yaşlı uşağları necə böyüdəcəkdim, necə saxlayacaqdım? Mən də diri ikən artıq öldüyümün fərqində idim. Mən həyatda olmaramsa dövlətim övladlarıma sahib çıxar dedim.
Sonra nələr baş verdiyini xatırlamıram məni məzardan çıxarıb evə gətirmişlər uzun sürən xəstəlikdən sonra anladım mən bu uşaqların ölümünə fərman verə bilmərəm. Nə edim, necə edim düşünürdüm aylıq gəlirimiz 240 azn idi. 4 xəstə uşaq komunal xərcləri, yeməyə çatmayan vəsaitlə bilmirdim uşaqları müalicə edim, yedirim yoxsa geyimlərin alım. Bazarlara üz tutdum. Utanaraq qəssablardan heyanlar üçün ayrılan sümükləri alıb qaynadaraq onun suyuna yemək hazırladım. Çürümüş meyvələri gecələr uşaqlar yatdıqdan sonra təmizləyərək doğrayıb masaya qoyurdum ki, onlar azvda olsa vitamin qəbul etdinlər. Amma onların bilməmələri üçün hər dəfə yalan danışırdım deyirdim ki, meyvələr zədəli olduğu üçün təmizləyib doğrayıram. Zülmlə böyütdüyüm övladımın birini bu yaxınlarda itirdim. Hal-hazırda bir xəstə övladımın uşaqları 5 nəvəmi saxlamaq üçün mücadilə aparıram. Özüm xəstə, uşaqlar xəstə. Dəfələrlə müxtəlif illərdə Sabunçu rayon İcra hakimiyyətinin başçısının qəbulunda oldum. Hal- hazırda indiki icra hakimiyyətinin başçısı 4 ildir ki məni qəbul edir, dinləyir amma heç bir nəticə olmur. Yola salarkən ümid verir, hər şey yaxşı olacaq deyir. Bir sözlə əlimə yumağ verib sarıtdırır. Artıq əlil arabasına möhtac olmuşam ayaqlarım tutulub. Nəvələrimin 4-ü 11 nömrəli internat məktəbində təhsil alır, 1 nəvəm bu il təhsilini bitirdi oda epilepsiya xəstəliyindən əziyyət çəkir. 3 nəvəm hələdə təhsil alır. Mehriban Əliyevanın tapşırığı ilə 10 il bundan öncə kimsəsiz uşaqlar üçün edilən sünnət toyunda 2 nəvəm sünnət olundu. Sağolsun ki, yenədə o Şəhid ailələrini unutmur. Amma bu günkü məmurlar öz diqqətsizlikləri və haqqsızlığları ilə həm cənab prezidentin həm də Mehriban xanımın gördüyü işlərə kölgə salırlar. Mən əminəm ki, bu illər ərzində mənim səsim onlara çatsaydı mən bu gün nəvələrimlə illərlə ətə möhtac qalmazdıq, xarabaxanada yaşamazdıq. Şəhid ailələrinə verilən evlər haqqında eşidirəm televiziorumuz yoxdu qonşular şəhid ailələrinə verilən evlərdən söz açanda məndə üz tututam Sabunçu rayon İcra hakimiyyətinə. Amma çox təssüf ki, heç bir nəticə görmürük. İcra başçısı komunal təsərrüfat birliyinin rəhbərinə üz tutaraq məni başı ilə göstərib deyir:- bu qadınla maraqlanın. Amma 4 ildə hər dəfə qəbulda deyilən söz öz həllini tapa bilmir. Bilmirəm başçı məni ələ salır ya da başçını nümayəndələri ələ salaraq hələd də qapımaza gəlib çıxa bilmirlər.
1992-ci ildən bu günə kimi 4 xəstə uşağın ölməməsi üçün ancaq hər gecə nə edim, necə yedirdim düşüncəsi oldu. 2014-ci ildə ev almaq üçün ərizə ilə müraciətdə etdim, mənə gələn sənədə əsasən siyahida 70 ci adam olduğum bildirildi amma evdən hələdə heç bir xəbər yoxdur. Mən əminəm ki, belə getsə xəstəlik mənim təzə ev almağımı gözümdə qoyacaq. Öldükdən sonra 7 baş ailə necə olacaq. Şəhidin həyat yoldaşına bu illər ərzində hansı diqqət göstərilib ki, məndən sonrada nəvələrimə baxılsın. Onuda qeyd edim ki, oğlum gəlinim nəvələrim hamısı əqli xəstədirlər.
P.S. 1990-ci ildə 20 Yanvar hadisəsi zamanı İlhamdan sonra Fərizə öz canına qiyaraq yarından ayrılmadı. Belə bir addımı da Səfurə ana 36 yaşında 1992-ci ilin 31 oktyabrında məzara həyat yoldaşıyla birgə girərək diri-diri gömülməyin tələb etdi. Orda huşunu itirməsəymiş heç kim onu oradan çıxa bilmirmiş. O zaman ölmədi, amma ölsəydi bəlkədə daha şərafətli sayılardı. Hətta qəhram olaraq dillərdə dastan olardı, onun haqqında da əsərlər yazılardı bəlkə də 31 oktyabr tarixi Səfurə ananın bir Azərbaycan qadınının sədaqəti obrazı ilə müqəddəsləşərdi. O həyatda yaşasada adı yaşamaq oldu, özü yaşamadı o gün ruhu həyat yoldaşı Şəhid İsmayıl ilə məzara dəfn olundu cismi isə yaşayaraq övladları ilə zülm çəkdi.
İndi deyin əziz oxucularım, bir insanın övladlarının yaşaması üçün ölməsimi lazım idi?
Nə üçün Şəhid ailəsi bu gün illərlə ət yeməməli, amma bəzi məmurlar cinc itlərinə gündəlik 5,10 kq ət yedirtməlidir. Nə üçün Şəhid ailəsi xarabalıqda yaşamalı, məmurların isə saysız hesabsız evləri boş qalaraq qapıları bağlı olmalıdır. Nə üçün bizlərin rahat yaşaması üçün torpaqlarımızın müstəqilliyi yolunda canını qurban vermiş oğulların həyat yoldaşları belə zülmlərlə, haqqsızlıqlarla qarşılaşmalıdır.
Üzümü Sabunçu rayon İcra hakimiyyətinin başçısına tutaraq deyirəm. Şəhid ailəsinin yaşadığı evə üz tutun. Bir gün o evdə siz öz övladlarınızı yaşamasını layiq bilərsinizsə onda Şəhid övladıda o xarabada yaşayar. Bir atalar misalını sizlərin nəzərinə çatdırmaq istəyirəm. "Özünə rəva bilmədiyini başqasına rəva görmə!"
Mən ümid edirəm ki, əlaqədar təşkilatlar bu ailənin problemlərinin həlli yolları üçün addımlar atacaqlar. Baxmayaraq ki, bizim Vətənpərvər qardaşlarımız əlindən gələni edirlər. Bu gün bir ailəni saxlamaq asan deyil. Elman Əsədullayev 8 nəfərsdən ibarət olan xəstə ailəni öz evinə yerləşdirib. O nə nazirdi, nə biznismendir, nə də ki, milyonçudur. Hər kəs kimi halal zəhməti ilə ailəsini saxlayan bir qeyrətli oğuldur. O sadəcə adam kimi adamdır. Sadəcə vicdanlı oğuldur. Baxın rahat kreslolarda oturan məmurlarımız ağız dolusu prezidentimiz İlham Əliyevin siyasətini dəstəklədiyinizi deyirsiz. Siz cənab prezidentə dəstəy olsaydınız Şəhid ailəsinin yutube kanallarında dərdlərinə dərman axtarmalarına izin verməzdiniz. Problemlərinin həlli yolunu tapması üçün sənədlər imzalardınız. Cənab prezidentə və dövlətinə xidməti Elman və onun kimi qardaşlar edir. Nə vəzifə daşıyırlar nə də dövlət başçısının etimadından istifadə edirlər. Onlar Şəhid ruhlarını uca tutaraq xidmət edirlər.

Almaz İlahə Əhmədova
ŞƏHİDİN HƏYAT YOLDAŞI MƏZARA ONUNLA BİRGƏ GİRƏRƏK DƏFN OLUNMASIN TƏLƏB ETDİ
ŞƏHİDİN HƏYAT YOLDAŞI MƏZARA ONUNLA BİRGƏ GİRƏRƏK DƏFN OLUNMASIN TƏLƏB ETDİ
ŞƏHİDİN HƏYAT YOLDAŞI MƏZARA ONUNLA BİRGƏ GİRƏRƏK DƏFN OLUNMASIN TƏLƏB ETDİ
ŞƏHİDİN HƏYAT YOLDAŞI MƏZARA ONUNLA BİRGƏ GİRƏRƏK DƏFN OLUNMASIN TƏLƏB ETDİ
ŞƏHİDİN HƏYAT YOLDAŞI MƏZARA ONUNLA BİRGƏ GİRƏRƏK DƏFN OLUNMASIN TƏLƏB ETDİ

ŞƏHİDİN HƏYAT YOLDAŞI MƏZARA ONUNLA BİRGƏ GİRƏRƏK DƏFN OLUNMASIN TƏLƏB ETDİ
ŞƏHİDİN HƏYAT YOLDAŞI MƏZARA ONUNLA BİRGƏ GİRƏRƏK DƏFN OLUNMASIN TƏLƏB ETDİ

Вернуться назад