Главная > Gundem > Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib


18-01-2019, 19:48. Разместил: djbaz
Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Вернуться назад