Главная > Gundem > MÜBARİZ MƏNSİMOVUN TƏKLİFİ QƏBUL OLUNDU

MÜBARİZ MƏNSİMOVUN TƏKLİFİ QƏBUL OLUNDU


11-01-2019, 15:47. Разместил: djbaz
MÜBARİZ MƏNSİMOVUN TƏKLİFİ QƏBUL OLUNDU
Əslən Azərbaycanlı olan Türkiyədə Palmali şirkətinin rəhbəri, iş adamı olan Mübariz Mənsimovun paylaşımlarından diqqətimizi çəkən bir məqamı oxucularımızın da nəzərinə çaydırmaq istəyirik.
«Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!».
Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məmməd Əmin Rəsulzadəni unutmadıq. Azərbaycanın 100-cü ili şərəfinə 21 martda təhvil alacağımız yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. “Palmali”nin İdarə Heyəti bu təklifimi dəstəklədi və qəbul etdi. Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq. «Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm!» deyən böyük şəxsiyyət adını Türk Dünyasına qızıl hərflərlə yazdırıb. Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq.
Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz.
Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Bütün Türk dünyasına yeni gəmimiz xeyirli-uğurlu olsun!

Almaz İlahə
MÜBARİZ MƏNSİMOVUN TƏKLİFİ QƏBUL OLUNDU

Вернуться назад